İCAPP-ın VII Baş Assambleyasının Bakıda keçirilməsi bölgə həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında əhəmiyyətli rol oynayacaqdır

Azərbaycanda səfərdə olan Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının (İCAPP) baş katibi, qurumun daimi komitəsinin həmsədri Çung Eui-Yong oktyabrın 19-da Milli Məclisin sədri Oqtay Əsədovla görüşmüşdür. 
Milli Məclisin sədri müstəqil Azərbaycanın dünyanın nüfuzlu beynəlxalq qurumları ilə sıx əməkdaşlıq etdiyini, iqtidar partiyası olan və Milli Məclisə seçkilər zamanı parlamentdə yerlərin çoxunu qazanmış Yeni Azərbaycan Partiyasının müxtəlif ölkələrdəki siyasi qurumlarla əlaqələrə böyük maraq göstərdiyini bildirmişdir. Asiya qitəsində yerləşən ölkələrdəki siyasi partiyalarla münasibət getdikcə genişlənir. Demokratik, dünyəvi dövlət quruculuğu yolunda inamla addımlayan Azərbaycanda demokratik, hüquqi, iqtisadi islahatlar uğurla davam etdirilir. İqtisadi inkişaf dinamikasına görə Azərbaycan yerləşdiyi regionda lider dövlətə çevrilmişdir.
Biz öz ölkələrində kifayət qədər nüfuza malik partiya nümayəndələri ilə görüşüb qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparmağı əhəmiyyətli hesab edirik. Bu baxımdan 2012-ci ildə Bakıda Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının VII Baş Assambleyasının keçirilməsi barədə qərarı alqışlayırıq.
Çung Eui-Yong Bakıya səfərindən və burada gördüyü qonaqpərvərlikdən məmnun qaldığını, qədim tarixə və zəngin mədəniyyətə malik Azərbaycanla əlaqələrin inkişafının təmsil etdiyi təşkilat üçün çox əhəmiyyətli olduğunu bildirmişdir. İCAPP YAP ilə sıx əlaqə saxlayır. Biz Qafqazın bu bölgəsində baş verən prosesləri diqqətlə izləyirik. Bölgəyə olan marağı nəzərə alaraq, təşkilatın VII Baş Assambleyasının Bakıda keçirilməsi barədə qərar qəbul edilmişdir. Belə hesab edirik ki, bu tədbir partiyalararası münasibətlərin inkişafına yeni təkan verməklə yanaşı, bölgə həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında da əhəmiyyətli rol oynayacaqdır.
Söhbətdə tərəfləri maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.
Görüşdə Milli Məclisin deputatı, YAP sədrinin müavini-icra katibi Əli Əhmədov və digər rəsmi şəxslər iştirak etmişlər.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında