Bakıda ikinci Azərbaycan-Almaniya biznes forumu keçirilmişdir

Oktyabrın 19-da Bavariyanın İqtisadiyyat, İnfrastruktur, Nəqliyyat və Texnologiyalar Nazirliyinin beynəlxalq ticarət idarəsinin rəisi xanım Ulrike Volfun rəhbərliyi ilə nümayəndə heyətinin ölkəmizə səfəri çərçivəsində ikinci Azərbaycan-Almaniya biznes forumu keçirilmişdir.
Forumda Azərbaycan və Almaniyanın inşaat və infrastruktur, energetika, logistika, İKT, alternativ enerji, yüngül sənaye, ətraf mühitin mühafizəsi texnikası, tibb və tibbi texnika və digər sahələrdə fəaliyyət göstərən 100-ə yaxın iş adamı iştirak etmişdir.
İqtisadi İnkişaf Nazirliyinin sahibkarlığın inkişafı siyasəti şöbəsinin müdiri Zaur Qasımov, Bavariyanın İqtisadiyyat, İnfrastruktur, Nəqliyyat və Texnologiyalar Nazirliyinin beynəlxalq ticarət idarəsinin rəisi xanım Ulrike Volf çıxış edərək, iş adamları arasında əməkdaşlığın genişlənməsində biznes forum, konfrans və işgüzar görüşlərin əhəmiyyətini vurğulamış, sahibkarları daha fəal əməkdaşlığa dəvət etmişlər.
Almaniya Federativ Respublikasının Azərbaycandakı səfiri Herbert Kvellen ölkələrimiz arasındakı münasibətlərdən danışaraq əlaqələrin genişləndirilməsində hər iki ölkənin böyük potensiala malik olduğunu demişdir. Səfir ölkəsi ilə Azərbaycan arasında iqtisadi əlaqələrin genişlənməsində iş adamlarının əməkdaşlığının əhəmiyyətini də qeyd etmişdir.
AZPROMO-nun vitse-prezidenti Rüfət Məmmədov Azərbaycanın investisiya və ixrac imkanları, potensial investisiya sahələri və layihələr barədə təqdimatla çıxış etmişdir.
Forumdan sonra "Tikinti və infrastruktur", "Ətraf mühitin mühafizəsi texnikası" və "Səhiyyə və tibbi texnika" mövzularında "dəyirmi masa"lar keçirilmişdir. "Dəyirmi masa"larda Almaniya və Azərbaycan şirkətlərinin əməkdaşlıq imkanları müzakirə edilmiş, qarşılıqlı əlaqələrin qurulması və genişləndirilməsi məqsədilə fikir mübadiləsi aparılmışdır.
Forum İqtisadi İnkişaf Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) və Almaniya-Azərbaycan İqtisadi Birliyinin (DAWF) təşkilatçılığı ilə keçirilmişdir.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında