Yaponiyanın nüfuzlu "The Japan Times" qəzetində Azərbaycanın dövlət müstəqilliyinin bərpa edilməsinin 20-ci ildönümü ilə əlaqədar məqalə dərc olunmuşdur

Oktyabrın 18-də Yaponiyanın nüfuzlu, əsasən də diplomatik nümayəndələr və işgüzar dairələr tərəfindən oxunan ingilisdilli "The Japan Times" qəzetində Azərbaycanın dövlət müstəqilliyinin bərpa olunmasının 20-ci ildönümü münasibətilə məqalə dərc edilmişdir. 
Azərbaycanın Yaponiyadakı səfiri Gürsel İsmayılzadənin məqaləsində yaponiyalı oxuculara ölkəmiz, onun yerləşdiyi coğrafi məkan, müstəqilliyimizin bərpa tarixi barədə ətraflı məlumat verilmişdir. Azərbaycan Respublikasının 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) varisi olduğu oxucuların diqqətinə çatdırılmışdır. AXC-nin keçdiyi şərəfli yola nəzər salınmış, onun Şərqdə yaradılmış ilk demokratik respublika olduğu vurğulanmışdır.
Məqalədə son 20 ildə Azərbaycanın bir sıra mühüm uğurlara imza atdığı, dövlətçiliyin möhkəmləndirildiyi, eləcə də sosial, siyasi, iqtisadi sahələrdə mütərəqqi islahatların həyata keçirildiyi diqqətə çatdırılmışdır. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş strateji inkişaf xəttinin Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilməsi nəticəsində Azərbaycanın sabit siyasi sistemə malik demokratik dövlətə çevrildiyi vurğulanan yazıda ölkəmizin iqtisadi qüdrəti xüsusi qeyd olunmuşdur. Bildirilmişdir ki, Azərbaycan zəngin karbohidrogen ehtiyatlarına malik dövlət kimi qlobal enerji təhlükəsizliyinin təminatında mühüm yer tutmuş, regional əhəmiyyətli iqtisadi layihələrin reallaşdırılmasında əsas söz sahiblərindən biri olmuşdur.
Cari ildə Azərbaycan nümayəndələrinin "Eurovision" mahnı müsabiqəsinin qalibi olduqlarını xatırladan diplomat bununla əlaqədar gələn il ölkəmizə minlərlə turistin gəlişinin gözlənildiyini oxucuların diqqətinə çatdırmışdır. Səfir bu xarici qonaqların arasında yaponiyalı turistləri görməkdən çox məmnun olacağımızı bildirmişdir.
Bundan əlavə, məqalədə Azərbaycan-Yaponiya əlaqələrinə dair qısa məlumat verilmiş, siyasi, iqtisadi, mədəni və digər sahələrdə ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyi qeyd olunmuşdur. Bu il martın 11-də Yaponiyada baş vermiş təbii fəlakətdən sonra Azərbaycanın daim yapon xalqının yanında olduğu və bu ölkəyə yardım göstərdiyi vurğulanmışdır.

{nl}

Vüqar AĞAYEV, AzərTAc-ın xüsusi müxbiri
Tokio


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında