Gürcüstanda Azərbaycanın müstəqilliyinin bərpasının 20 illiyinə həsr olunmuş tədbir ulu öndər Heydər Əliyevin Tbilisidəki büstünün önünə əklillər qoyulması ilə başlanmışdır

Oktyabrın 18-də Gürcüstanda Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümünə həsr olunmuş növbəti tədbir keçirilmişdir.
Tədbir ulu öndər Heydər Əliyevin Tbilisidəki abidəsinin önünə əklillər qoyulması ilə başlanmışdır. Mərasimdə Azərbaycan Respublikasının Gürcüstandakı səfiri Azər Hüseyn, Gürcüstanda fəaliyyət göstərən azərbaycanlı iş adamları, Gürcüstan azərbaycanlılarının nümayəndələri iştirak etmişlər.
Sonra tədbir Marneulidəki Azərbaycanlıların Mədəniyyət Mərkəzində davam etdirilmişdir. Mərkəzin rəhbəri Fazil Həsənov əlamətdar bayram münasibətilə iştirakçıları təbrik etmiş, Azərbaycanın müstəqilliyinin əbədi və dönməz olması üçün ümummilli liderimiz Heydər Əliyevin göstərdiyi əvəzsiz xidmətlərdən ətraflı söhbət açmışdır. Natiq tədbir iştirakçılarının diqqətini müstəqil dövlətçiliyimizin inkişafına mane olmağa çalışan daxili və xarici qüvvələrin təxribatlarına Heydər Əliyev siyasi məktəbinin layiqli yetirməsi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yürütdüyü balanslaşdırılmış siyasətlə kəskin cavab verilməsinə, Azərbaycanın həm bölgədə, həm də dünyada nüfuzunun artmasına yönəltmişdir.
Çıxışlarda Azərbaycan-Gürcüstan strateji tərəfdaşlığının bölgədə sabitliyin əsaslı təminatçısına çevrilməsi, ölkəmizin Gürcüstan iqtisadiyyatına investisiya qoyuluşunun durmadan artırılması, Gürcüstan azərbaycanlılarının durumunun daha da yaxşılaşdırılması istiqamətində Azərbaycan rəhbərliyinin yürütdüyü uğurlu siyasətdən məmnunluq ifadə olunmuşdur. Dost ölkələr, o cümlədən Gürcüstan ilə münasibətlərin inkişafı sayəsində müstəqil dövlətçiliyimizin daha da möhkəmləndiriləcəyi bildirilmişdir.
Həmçinin son illərdə Azərbaycan Prezidenti İlham Əliyevin apardığı məqsədyönlü siyasətin xalqın öz müstəqil dövlətçiliyinə inamını, mübarizə əzmini, qətiyyətini artıracağına, ölkənin ərazi bütövlüyünün tezliklə bərpa ediləcəyinə, işğalçı Ermənistanın hərbi qüvvələrinin Azərbaycan ərazilərini tərk etmək məcburiyyətində qoyacağına böyük inam vurğulanmışdır.

{nl}

İslam ƏLİYEV, AzərTAc-ın xüsusi müxbiri
Tbilisi


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında