Almatıda nəşr olunan "Altın körpü" jurnalının son nömrəsində Azərbaycanın birinci xanımı Mehriban Əliyeva haqqında geniş məqalə dərc edilmişdir

Almatıda Azərbaycan, qazax, türk və rus dillərində nəşr olunan "Altın körpü" jurnalının son nömrəsində Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın hərtərəfli fəaliyyətindən bəhs edən geniş məqalə dərc edilmişdir. Material rəngli şəkillərlə müşayiət olunur.
Jurnalın üz qabığında Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəngli şəkili də verilmişdir.
Nəşrin ilk fəsli Azərbaycana həsr olunmuşdur. Jurnalda Azərbaycan Prezidenti İlham Əliyevin xanımı Mehriban Əliyeva ilə birlikdə "Hilton Bakı" otel kompleksinin açılış mərasimində iştirakı və dövlətimizin başçısının həmin tədbirdəki nitqi də əksini tapmışdır.
Məqalənin müəllifləri jurnalistlər Ramiz Məşədihəsənli və Hökümə Xəlilovadır.
Ramiz Məşədihəsənli demişdir ki, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın təqdirəlayiq fəaliyyəti barədə Bişkekdə nəşr edilən "Türkel", Almatıda çıxan "Vətən" qəzetlərində geniş yazılar dərc olunmuş, həmçinin Bişkek və Almatıda radiolarda veriliş yayımlanmışdır.
"Altın körpü" jurnalı Türkiyə Respublikasının Prezidenti Abdullah Gülün 2008-ci ildə Qazaxıstana rəsmi səfəri zamanı irəli sürdüyü təklifə əsasən nəşr olunur.

{nl}

Qulu KƏNGƏRLİ, AzərTAc-ın xüsusi müxbiri
Almatı


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında