Azərbaycanın sərhəd mühafizə xidməti şərəfli inkişaf yolu keçmişdir

Azərbaycanın sərhəd mühafizə xidməti şərəfli inkişaf yolu keçmişdir.
Bunu Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi, Sərhəd Qoşunlarının Komandanı general-leytenant Elçin Quliyev demişdir.
Elçin Quliyev bildirmişdir ki, ümummilli lider Heydər Əliyevin siyasi kursunun davamçısı, Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin diqqət və qayğısı sayəsində Azərbaycan sərhəd mühafizəsi şərəfli inkişaf yolu keçmiş, sərhədlərdə dövlətin maraqları təmin olunmuşdur. Ötən müddət ərzində müasir tələblərə cavab verən sərhəd zastavaları, komendantlıqlar, sərhəd dəstələrinin qarnizonları, Sahil Mühafizəsinin yeni bazası, Dövlət Sərhəd Xidmətinin Akademiyası, Sərhədçi İdman Olimpiya və Sərhədçi İstirahət mərkəzləri, aviasiya dəstəsi üçün bina kompleksi inşa olunmuşdur.
Son beş ildə DSX-nin bütün hissələrində 910, o cümlədən təkcə Bakı şəhərində 492 xidməti mənzil inşa edilmiş, sərhədçi zabitlərin, gizirlərin istifadəsinə verilmişdir. Hərbi hissələr müasir silahlar, hərbi texnika, mühəndis qurğuları, rabitə və telekommunikasiya sistemləri ilə təchiz olunmuş, sərhəd nəzarəti məntəqələrinin fəaliyyəti beynəlxalq standartlara tam uyğun şəkildə təşkil olunmuşdur. Hərbi hissələr arasında real vaxt rejimində video görüntülərin ötürülməsi sistemi tətbiq olunmuş, Xəzər dənizinin Azərbaycana mənsub olan hissəsində etibarlı sərhəd mühafizəsi sistemi yaradılmış, mükəmməl müşahidə və nəzarət sistemi təmin olunmuşdur.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında