Azərbaycanın ABŞ-dakı səfirliyi dövlət müstəqilliyimizin bərpa olunmasının 20-ci ildönümü münasibətilə xatirə medalı təsis etmişdir

Azərbaycanın ABŞ-dakı səfirliyi respublikamızın dövlət müstəqilliyinin bərpa olunmasının 20-ci ildönümü münasibətilə xatirə medalı təsis etmişdir.
Bürüncdən hazırlanmış xatirə medalının bir üzündə Azərbaycanın gerbi və ingilis dilində "Azərbaycan Respublikasının müstəqilliyinin bərpa edilməsinin iyirminci ildönümü - 1991-2011", digər üzündə isə ölkəmizin xəritəsi və "Azərbaycan Respublikasının ABŞ-dakı səfirliyi" sözləri əks olunmuşdur.
Bayram ərəfəsində xatirə medalları ölkəmizin Birləşmiş Ştatlardakı səfiri Yaşar Əliyev tərəfindən Azərbaycan-ABŞ münasibətlərinin inkişafında göstərdikləri xidmətlərə görə ABŞ-ın bir sıra nüfuzlu ictimai xadimlərinə təqdim edilmişdir. Onların sırasında ABŞ Prezidentinin təhlükəsizlik üzrə sabiq müşavirləri Zbiqniev Bjejinski və Brent Skaukfraft, ABŞ Dövlət katibinin sabiq birinci müavini Riçard Armitac da vardır. Bu xadimlər Azərbaycan-ABŞ münasibətlərinin formalaşdığı ilk illərdə onların inkişafına xüsusi töhfələr vermiş və Azərbaycana öz dəstəklərini heç zaman əsirgəməmişlər.
Bundan əlavə, ABŞ Konqresində Azərbaycana verdikləri dəstəyə və ikitərəfli münasibətlərin inkişafında oynadıqları önəmli rola görə Konqresin Nümayəndələr Palatasının Azərbaycan üzrə işçi qrupunun həmsədri, Pensilvaniya ştatından olan respublikaçı Bill Şuster və Oklahoma ştatından olan demokrat Dən Boren də xatirə medalları ilə təltif olunmuşlar.

{nl}

Şəfəq AKİFQIZI, AzərTAc-ın xüsusi müxbiri
Vaşinqton


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında