ABŞ-da müasir müstəqil Azərbaycanın memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin büstü açılmışdır

Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpa edilməsinin 20-ci ildönümü münasibətilə oktyabrın 17-də ölkəmizin ABŞ-dakı səfirliyində ümummilli lider Heydər Əliyevin büstü açılmışdır.
Azərbaycanın ABŞ-dakı səfirliyindən bildirmişlər ki, bürüncdən hazırlanmış bu incəsənət əsərinin müəllifi tanınmış heykəltəraş, Beynəlxalq Olimpiya Komitəsinin laureatı Sergey Eylanbekovdur.
Açılış mərasimində ölkəmizin ABŞ-dakı səfiri Yaşar Əliyev dövlət müstəqilliyimizin möhkəmləndirilməsində, əbədiliyinin və dönməzliyinin təmin edilməsində, iqtisadiyyatının hərtərəfli inkişafında və ölkəmizin dünya birliyində layiqli yer tutmasında müasir müstəqil Azərbaycanın memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin əvəzsiz xidmətlərindən bəhs etmiş, ulu öndərin əziz xatirəsinin qəlblərimizdə daim yaşayacağını vurğulamışdır.
Mərasimdə ABŞ ictimaiyyətinin nümayəndələri, Azərbaycan diasporunun fəalları və ölkəmizin Birləşmiş Ştatlardakı səfirliyinin əməkdaşları iştirak etmişlər.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında