Azərbaycan regionun lider ölkəsidir

Aparılan uğurlu islahatlar nəticəsində Azərbaycan bu gün MDB məkanında iqtisadi inkişafına görə ən qabaqcıl yer tutur. 
Bu sözləri amerikalı analitik Pol Qobl demişdir.
"Azərbaycan nəinki Cənubi Qafqazın, ümumilikdə regionun lider ölkəsidir", - deyən P.Qobl vurğulamışdır ki, respublikamızın 20 ildə belə sürətlə inkişaf etməsinin səbəbi ölkənin təkcə neftlə zəngin olması deyil. Bu liderliyin əldə olunmasında Azərbaycan dövlətinin apardığı uğurlu daxili və xarici siyasət, eləcə də qəbul etdiyi düzgün qərarlar mühüm rol oynamışdır.
Analitik qeyd etmişdir ki, Azərbaycanın təsir imkanları Cənubi Qafqaz ilə məhdudlaşmır. Bu gün Azərbaycan beynəlxalq təşkilatlar, eləcə də inkişaf etmiş dövlətlər arasında böyük nüfuza malikdir.
Ölkəmizin BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə öz namizədliyini irəli sürməsi məsələsinə toxunan P.Qobl vurğulamışdır ki, səs vermədə Türkiyə və digər müsəlman ölkələri ilə yanaşı, Latın Amerikası və bir çox Avropa dövlətləri də səslərini Azərbaycana verəcəklər.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında