Azərbaycanın müstəqilliyinin bərpasının 20-ci ildönümünə həsr edilən markalar buraxılıb

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Azərmarka şirkəti Azərbaycanın müstəqilliyinin bərpasının 20-ci ildönümünə həsr edilən markalar seriyasını təqdim edib.  
Silsiləyə 4 markadan ibarət kiçik vərəq və 2 poçt bloku daxildir. Kiçik vərəqənin markalarında Azərbaycan Respublikasının dövlət himni, dövlət bayrağı, dövlət himninin mətni, notları və xəritə təsvir olunub.
Markaların nominal dəyəri 1 manata bərabərdir. Poçt bloklarının birində Azərbaycanın ümummilli lideri Heydər Əliyevin şəkli əks edilib. İkinci poçt blokunda isə Azərbaycanın dövlət bayrağı və xəritəsi çap edilib. Hər iki blokun nominal dəyəri 2 manat təşkil edir.
Bütün seriyanın bədii tərtibatında əlamətdar 18 oktyabr 1991-ci il - müstəqilliyin bərpası günü və bu tarixin 20 illik yubileyinə həsr edilən xüsusi loqotip yer alıb. Belarusda çap edilən markaların hər biri 5 min ədəd tirajla buraxılıb.

{nl}

M.MÜKƏRRƏMOĞLU, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında