Azərbaycan Turizm İnstitutu müstəqilliyin bərpasının 20 illiyini elmi-praktik konfransla qeyd etdi

Ölkəmizin hər yerində Azərbaycanın yenidən müstəqillik qazanmasının ildönümü təntənəli tədbirlərlə qeyd olunur.
Azərbaycan Turizm İnstitutunda da bu münasibətlə elmi-praktik konfrans keçirildi və ölkəmizdə müstəqilliyin bərpasının 20 illiyinə həsr olunmuş sərgi nümayiş etdirilidi. Tədbiri ATİ-nin turizm işinin təşkili və idarəedilməsi fakültəsinin dekanı, fizika-riyaziyyat elmləri namizədi, dosent Nəsir Nəsirli açdı. Konfrans iştirakçıları tərəfindən Azərbaycanın dövlət himni oxunduqdan sonra tədbirin mahiyyəti bir daha toplaşanların diqqətinə çatdırıldı. N.Nəsirli dedi:
-1918-1920-ci illərdə 23 ay fəaliyyət göstərmiş Azərbaycan Demokratik Respublikası bəzi qüvvələr tərəfindən süquta uğradılsa da, azadlığa, müstəqilliyə can atan soydaşlarımız 71 ildən sonra yenidən dövlət müstəqilliyimizin bərpasını imzaladılar. 1991-ci il oktyabrın 18-i Vətən tariximizə şərəf günü kimi qeyd olundu. Bugünkü gənclik, eləcə də ümumilikdə millətimizin sahib ola biləcəyi nə varsa, o cümlədən təhsil və elm kimi dəyərlər üçün 93 il əvvəl dövlətimizin təməlini qoyanlara, dünyaya tanıdanlara, Azərbaycanı coğrafi məkandan siyasi məkana çevirənlərə, 23 aylıq dövlət tarixini yaradıb yaşadanlara borcludurlar. Sizin vəzifəniz dövlətimizin möhkəmlənməsi naminə daha yaxşı oxumaq, təhsildə uğurlar qazanmaq, turizm sektorunun möhkəm təməl üzərində inkişafının təminatçısı olmaqdır. Zamanın siz tələbələrdən tələbi budur: yüksək təhsil, bacarıq. Eyni zamanda, peşəkar kadr kimi Vətənə layiqincə xidmət etmək. Bu tələblərə isə hər birinizin təhsilinizlə cavab verə biləcəyinizə əminəm.
Konfransda digər çıxışçılar da öz fikirlərini tələbələr və toplantı iştirakçıları ilə bölüşdülər. İnstitutun ictimai fənlər kafedrasının müdiri, tarix elmləri namizədi İbrahim Əliyevin, kafedra müdiri, tarix elmləri namizədi Bahadur Bilalovun, tarix elmləri namizədi Məhərrəm Zülfüqarlının, sənətşünaslıq üzrə elmlər namizədi Günya Qafarovanın Azərbaycan Demokratik Respublikası 1918-1920-ci illər və dövlət müstəqilliyimizin 20 ili mövzusunda çıxışları da diqqətlə dinlənildi. Konfransın sonunda toplantı iştirakçıları təşkil edilən sərgini məmnunluqla seyr etdilər.

{nl}

Z. BƏŞİRQIZI, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında