Azərbaycanın Yaponiyadakı səfiri Kyodo News informasiya agentliyində olmuşdur

Azərbaycanın Yaponiyadakı səfiri Gürsel İsmayılzadə Kyodo News informasiya agentliyində olmuşdur.
Agentliyin beynəlxalq departamentinin icraçı direktoru Yoşida Şigeyuki ilə görüşdə Azərbaycan-Yaponiya münasibətlərinin inkişafına dair ətraflı fikir mübadiləsi aparılmışdır. Azərbaycan Dövlət Teleqraf Agentliyi (AzərTAc) ilə Yaponiyanın rəsmi Kyodo News informasiya agentliyi arasında sıx əməkdaşlıq əlaqələrinin qurulduğu vurğulanmışdır.
Y.Şgeyuki bildirilmişdir ki, ölkələrimiz arasında münasibətlərin hərtərəfli inkişafında AzərTAc-ın və Kyodo News-un özünəməxsus rolu vardır. Bu yaxınlarda Yaponiyada AzərTAc-ın nümayəndəliyinin açılmasının qarşılıqlı informasiya mübadiləsinə müsbət təsir göstərəcəyi xüsusi qeyd edilmişdir.
Xoş sözlərə görə minnətdarlıq edən G.İsmaylzadə demişdir ki, Azərbaycan mətbuat üçün açıq ölkədir. Azərbaycan Yaponiya kimi medianın geniş inkişaf etdiyi ölkənin mütərəqqi mətbuat orqanı ilə əlaqələri inkişaf etdirməkdə maraqlıdır.
Kyodo News-un bəzi bölmələrində iş şəraiti ilə tanış olan azərbaycanlı diplomata informasiya agentliyinin fəaliyyəti barədə ətraflı məlumat verilmişdir.
Sonra G.İsmayılzadə agentliyin müxbirlərinin suallarını cavablandırmışdır.
Yaponiya şirkətlərini enerji sahəsində əməkdaşlığa və insan resurslarının mübadiləsinə çağıran səfir Azərbaycanın zəngin təbii ehtiyatlara malik olduğunu vurğulamışdır. G.İsmayılzadə bildirmişdir ki, Azərbaycan neft və qazını Yaponiyaya satmağa hazırdır, eyni zamanda, ölkəmiz Yaponiyadan yüksək texnologiyaları öyrənə bilər.
Diplomat demişdir ki, o, yapon şirkətlərinin Azərbaycana cəlb olunması və birgə müəssisələrin yaradılması istiqamətində səylər göstərir. Bu, xüsusda cari ilin noyabrında Bakıda keçiriləcək Azərbaycan-Yaponiya Müştərək İqtisadi Komissiyasının iclasında daha çox yapon şirkətlərinin respublikamızda fəaliyyəti məsələsinə xüsusi diqqət yetiriləcəkdir.
Səfir, həmçinin "GUAM+Yaponiya" formatında reallaşan əməkdaşlıq barədə danışmış, son dövrdə bu çərçivədə bir sıra istiqamətlər üzrə, xüsusilə turizm sahəsində uğurlu layihələrin həyata keçirildiyini qeyd etmişdir.

{nl}

Vüqar AĞAYEV AzərTAc-ın xüsusi müxbiri
Tokio


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında