Kapital Bankda dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümü qeyd olundu

Kapital Bankın Baş ofisində Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümünə həsr edilmiş toplantı keçirilib. Tədbirdə Azərbaycanın dövlət müstəqilliyinə nail olmasının tarixi əhəmiyyətindən bəhs edilib, ötən 20 il ərzində respublikamızın qazandığı nailiyyətlər haqqında söhbət açılıb. 
Qeyd edilib ki, Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsi, respublikamızın ardıcıl inkişafının təmin olunması xalqımızın ümummilli lideri Heydər Əliyevin tarixi xidmətləridir. Ulu öndərin müəllifi olduğu strateji inkişaf kursu bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən böyük əzmlə davam etdirilir. Ölkəmizin sosial-iqtisadi yüksəlişi, beynəlxalq aləmdə getdikcə güclənən nüfuzu bu siyasətin məntiqi nəticəsidir.
Toplantıda ölkənin bank-maliyyə sektorunun müstəqillik dövründə keçdiyi inkişaf yoluna da nəzər salınıb.
Bu sahədə aparılan islahatların, tətbiq edilən mütərəqqi yeniliklərin Azərbaycanda bank sektorunun inkişafına təkan verdiyi və gələcək perspektivlərə yol açdığı vurğulanıb.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında