ABŞ-ın Alman Marşal Fondunun nümayəndə heyəti Azərbaycanın Xarici İşlər Nazirliyində olmuşdur

Oktyabrın 17-də Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ölkəmizdə səfərdə olan ABŞ-ın Alman Marşal Fondunun nümayəndə heyəti ilə görüşmüşdür.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildirmişlər ki, görüşdə E.Məmmədyarov Azərbaycanın regionda yeri və rolu, Avropa institutlarına inteqrasiya istiqamətindəki addımlar, NATO və Avropa İttifaqı ilə əməkdaşlıq, ölkəmizdə aparılan iqtisadi islahatlar, təhsil sahəsində görülən işlər və bölgədə həyata keçirilən enerji layihələri barədə qonaqlara ətraflı məlumat vermişdir.
Bundan əlavə, E.Məmmədyarov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində aparılan danışıqlardan danışmış, məsələ ilə bağlı qonaqların suallarını cavablandırmışdır.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında