Dövlət Sərhəd Xidmətində Azərbaycanın müstəqilliyinin bərpasının iyirminci ildönümü qeyd olunmuşdur

Oktyabrın 17-də Dövlət Sərhəd Xidmətinin (DSX) mərkəzi aparatında Azərbaycan Respublikasının müstəqilliyinin bərpasının 20-ci ildönümünə həsr olunmuş tədbir keçirilmişdir. 
Azərbaycanın dövlət himni səsləndirildikdən sonra tədbir iştirakçılarını təbrik edən DSX-nin rəisi, Sərhəd Qoşunlarının komandanı, general-leytenant Elçin Quliyev ölkəmizin 20 ildə keçdiyi inkişaf yolundan, müstəqilliyin qorunub saxlanılmasında və möhkəmləndirilməsində ümummilli liderimiz Heydər Əliyevin misilsiz xidmətlərindən danışmışdır.
E.Quliyev bildirmişdir ki, demokratik, hüquqi və müstəqil dövlətin qurulması Azərbaycan xalqının nailiyyətidir. 1993-cü ildə müasir Azərbaycan dövlətinin memarı və qurucusu, ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə dövlətçiliyin məhv olması təhlükəsi aradan qalxmış, ümummilli liderimizin rəhbərliyi altında müstəqil dövlət quruculuğu istiqamətində məqsədyönlü, gərgin və ardıcıl işlər görülmüşdür. İyirmi il bundan əvvəl, oktyabrın 18-də xalqımızın tarixində böyük hadisə baş vermiş, Azərbaycan yenidən dövlət müstəqilliyini qazanmışdır. Qısa müddətdə dünya ölkələri və BMT tərəfindən tanınmaqla Azərbaycan beynəlxalq hüququn subyektinə çevrilmişdir.
Bu gün dünya miqyasında iqtisadi artım sürətinə görə Azərbaycanın ön sıralarda gedərək islahatçı ölkə kimi tanındığını deyən E.Quliyev bildirmişdir ki, respublikamızda neft və qeyri-neft sektorlarının yüksəlişi, çoxsahəli iqtisadiyyatın inkişafı, enerji təhlükəsizliyi təmin olunmuşdur. Azərbaycanda ordu quruculuğu prosesi böyük uğurla davam etdirilir. Bütün Silahlı Qüvvələr, o cümlədən Azərbaycan sərhəd mühafizəsinin peşəkar hazırlıq səviyyəsi, maddi-texniki bazası və döyüş qabiliyyəti gücləndirilir. Ölkəmizdə müdafiə sənayesi inkişaf etdirilir.
Dövlət müstəqilliyinin əldə edilməsinin Azərbaycan xalqının ən böyük sərvəti olduğunu vurğulayan rəis qeyd etmişdir ki, ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi quruculuq siyasətini bu gün ulu öndərin layiqli davamçısı Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev uğurla həyata keçirir. Dövlətimizin başçısının rəhbərliyi altında Azərbaycan siyasi, iqtisadi və hərbi sahələrdə sanballı nailiyyətlər əldə etmişdir.
Sonda xidmətdə fərqlənmiş hərbçilərə medallar təqdim edilmişdir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında