Azərbaycan ilə Küveyt yerləşdikləri coğrafi ərazilərdə mühüm rola malikdirlər

Azərbaycanda səfərdə olan Küveyt Dövləti Millət Məclisinin Küveyt-Azərbaycan dostluq qrupunun üzvləri oktyabrın 17-də Milli Məclisin sədri Oqtay Əsədovla görüşmüşlər. 
Oqtay Əsədov demişdir ki, Azərbaycan ilə Küveyt Dövləti arasında dostluq münasibətləri vardır. İnanırıq ki, qarşılıqlı səfərlər, keçirilən görüşlər münasibətlərimizin inkişafını daha da sürətləndirəcəkdir.
Milli Məclisin sədri demişdir ki, Azərbaycan ilə Küveyt yerləşdikləri coğrafi ərazilərdə mühüm rola malikdirlər. Siyasi əlaqələrimiz yüksək səviyyədədir. Bunlar iqtisadi sahədə də əməkdaşlığımızı genişləndirmək üçün geniş imkanlar yaradır.
O.Əsədov beynəlxalq qurumlardakı əməkdaşlıqdan da razılığını ifadə etmiş, Dağlıq Qarabağ münaqişəsi barədə ətraflı məlumat vermiş, bu məsələdə göstərilən dəstəyə görə minnətdarlığını bildirmişdir.
Küveyt-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Vəlid Musaid Əl-Tabtabayi ölkələrimizin yaxın tarixinə nəzər salaraq demişdir ki, dövlətlərimizi və xalqlarımızı müştərək dəyərlər, dostluq münasibətləri birləşdirir. İki ölkə arasında qarşılıqlı inam və etimad vardır. Bu da münasibətlərin inkişafında mühüm əhəmiyyət kəsb edir.
O, Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətini pisləmiş və Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında Küveytin hər zaman Azərbaycanın haqlı mövqeyini dəstəklədiyini bildirmişdir.
Görüşdə qarşılıqlı səfərlərin, keçirilən görüşlərin əhəmiyyətindən söz açılmış, BMT və digər beynəlxalq təşkilatlarda ümumi maraqlara xidmət edən məsələlərdə deputatlarımızın eyni mövqedən çıxış etmələrinin əhəmiyyəti vurğulanmışdır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında