Türkiyə Diyanət İşləri Başqanı: Azərbaycanda gördüyüm inkişafdan qürurla danışacağam

Oktyabrın 14-də Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Hidayət Orucov ölkəmizdə səfərdə olan Türkiyə Cümhuriyyəti Diyanət İşləri Başqanı Mehmet Görməzin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşmüşdür. 
DQİDK-nın mətbuat xidmətindən bildirmişlər ki, qonaqları salamlayan H.Orucov Azərbaycan ilə Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərindən danışmışdır.
Komitə sədri bildirmişdir ki, milli liderlərimiz - ulu öndər Heydər Əliyevin "Biz bir millət, iki dövlətik" və Mustafa Kamal Atatürkün "Azərbaycan xalqının sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir" kimi qiymətli fikirləri xalqlarımız arasındakı qırılmaz telləri daha da möhkəmləndirir. Bütün türk dünyası qardaşdır, ancaq azərbaycanlılar ilə Anadolu türkləri əkiz qardaşdırlar.
Azərbaycanda son illər aparılan quruculuq işlərindən danışan H.Orucov qeyd etmişdir ki, ölkəmizdə bütün sahələrdə olduğu kimi, dində də böyük inkişaf vardır. Qeyd olunmuşdur ki, artıq cəmiyyətimizdə milli-mənəvi dəyərlərimizə, etiqadımıza, dinimizə münasibət əvvəlki illərlə müqayisədə müsbət mənada xeyli dəyişmişdir. Son illər ölkəmizin bütün regionlarında yeni ibadət ocaqları inşa edilmiş, qədim dini abidələr təmir və bərpa olunmuşdur. Vətəndaşlarımızın dini etiqad azadlığı yüksək səviyyədə qorunur. Bütün bunlar əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən dövlət-din siyasətinin nəticəsidir.
Mehmet Görməz isə Azərbaycanda gedən inkişafı yaxından izlədiyini və qardaş ölkənin uğurlarından qürur duyduğunu, burada şahid olduğu gözəlliklərdən Türkiyəyə qayıtdıqdan sonra fəxrlə danışacağını demişdir. Bildirmişdir ki, səfərin Azərbaycanın dövlət müstəqilliyinin bərpa edilməsinin 20-ci ildönümünə təsadüf etməsi onun üçün xüsusilə əlamətdardır. Müstəqilliyin kökündə dayanan milli-mənəvi dəyərlər nə qədər möhkəm olarsa, müstəqillik bir o qədər sarsılmaz olar. Tarix bunu dəfələrlə sübut etmişdir. Buna görə də milli-mənəvi dəyərlər, dini inanc sistemi millətləri ən böyük təhlükələrdən qoruyan amillər kimi qiymətləndirilməli və daim qorunmalıdır.
Diyanət İşləri Başqanı vurğulamışdır ki, Azərbaycan ilə Türkiyə arasında dost və qardaş münasibətlərin kökündə məhz mədəniyyətlərimizin, dünya görüşlərimizin və milli-mənəvi dəyərlərimizin eyniliyi durur. Müasir dövrdə dövlətlərin yaxın münasibətləri, əsasən, maddi mənfəətlər üzərində qurulur.
Görüşdə DQİDK ilə Türkiyə Cümhuriyyəti Diyanət İşləri Başqanlığı arasında işgüzar münasibətlərin daha da genişləndirilməsi sahəsində müzakirələr aparılmışdır.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında