Milli Təhlükəsizlik Nazirliyi Nizami Rayon İdarəsinin yeni inzibati binası istifadəyə verilmişdir

Azərbaycanın dövlət müstəqilliyinin bərpasının iyirminci ildönümü ilə bağlı tədbirlər planına uyğun olaraq Milli Təhlükəsizlik Nazirliyinin (MTN) həyata keçirdiyi tədbirlər davam etdirilir.
Oktyabrın 15-də dövlət müstəqilliyinin bərpasının iyirminci ildönümü ərəfəsində MTN-in Nizami rayon idarəsinin yeni inzibati binasının açılışı olmuşdur.
Tədbirdə milli təhlükəsizlik naziri, general-leytenant Eldar Mahmudov, Nizami Rayon İcra Hakimiyyətinin başçısı Tahir Budaqov, Milli Məclisin deputatları Rövnəq Abdullayev, Sədaqət Əliyeva, eləcə də MTN-in məsul əməkdaşları və rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişlər.
Milli təhlükəsizlik naziri Eldar Mahmudov MTN Nizami rayon idarəsinin əvvəl yerləşdiyi binanın vəziyyətini və yeni binanın tikinti prosesini əks etdirən fotostendə baxmışdır. Məlumat verilmişdir ki, yeni binanın təməli 2009-cu ildə qoyulmuş və tikinti prosesində ən qabaqcıl texnologiyalardan istifadə olunmuşdur. Nazir Eldar Mahmudov müasir üslubda tikilmiş binanın açılışını bildirən rəmzi lenti kəsmişdir. Sonra mərasim iştirakçıları foyedə ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin dövlətçilik fəaliyyətini, milli təhlükəsizlik orqanlarının tarixini və bu gününü əks etdirən fotoguşəyə baxmışlar. Xidməti otaqlarla, əməliyyatçıların iş şəraiti ilə tanış olan nazir E.Mahmudov bildirmişdir ki, dövlət müstəqilliyinin bərpasının iyirminci ildönümü ərəfəsində yeni binanın açılışı əlamətdar hadisədir. Daim tikinti, quruculuq və abadlığa xüsusi önəm verən ulu öndər Heydər Əliyevin bu sahədə müdrik tövsiyələri rəhbər tutulur. Nazir bildirmişdir ki, binanın inşası amalı inkişaf və quruculuq olan Prezident İlham Əliyevin modern siyasi xəttinin yerinə yetirilməsi istiqamətində daha bir addımdır. Ölkəmiz gündən-günə müasirləşir və qüdrətlənir. Müxtəlif təyinatlı müəssisələr istifadəyə verilir, yeni iş yerləri açılır. Əhalinin maddi rifahı yaxşılaşır, yoxsulluq səviyyəsi sürətlə azalır. Hər yerdə abadlıq, tikinti-quruculuq işləri aparılır. Nizami rayon idarəsinin müasir tələblərə cavab verən yeni inzibati binası da məhz bu işlərin tərkib hissəsidir. Bu gün ən qabaqcıl texniki vasitə və avadanlıqla təmin olunmuş yeni binanın əməkdaşların istifadəsinə verilməsi bu sahəyə olan yüksək dövlət qayğısının parlaq nümunəsidir.
Nizami Rayon İcra Hakimiyyətinin başçısı Tahir Budaqov bildirmişdir ki, son illər milli təhlükəsizlik orqanlarında aparılan islahatlar, milli maraqların və təhlükəsizliyin etibarlı təmin olunması istiqamətində atılan uğurlu addımlar, cinayətkarlığın qarşısının alınması məqsədi ilə həyata keçirilən tədbirlər bu quruma cəmiyyətdə etibar və etimadı xeyli artırmışdır. T.Budaqov müstəqilliyimizin qazanılmasında milli təhlükəsizlik əməkdaşlarının rolunu xüsusi qeyd etmişdir.
Binadakı iş şəraiti, müasir texniki avadanlıqla təchizatın vəziyyəti ilə tanış olan nazir Eldar Mahmudov əməkdaşları təbrik etmiş, onlara çətin və şərəfli fəaliyyətlərində uğurlar arzulamışdır.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında