Azərbaycanın dövlət sərhədini pozmuş 73 nəfər saxlanılmışdır

Sentyabr ayı ərzində Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən dövlət sərhədinin etibarlı mühafizəsi istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilmiş, qaçaqmalçılığa, qeyri-leqal miqrasiyaya, narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə uğurla davam etdirilmişdir.
DSX-nin mətbuat mərkəzindən bildirmişlər ki, ay ərzində dövlət sərhədini pozduğuna görə 73 nəfər saxlanılmışdır. Sərhəd nəzarət məntəqələrində 63 nəfər saxta sənədlə, 1 nəfər özgəsinə məxsus sənədlə, bir nəfər gizli şəkildə dövlət sərhədindən keçməyə cəhd edərkən saxlanılmışdır. Sərhəd zastavalarının xidməti ərazilərində 12 nəfərin dövlət sərhədini pozmaq cəhdinin qarşısı alınmışdır.
Cinayətkarlığa qarşı mübarizə tədbirləri nəticəsində Azərbaycan Respublikası hüquq mühafizə orqanları tərəfindən axtarışda olan 124 nəfər aşkarlanaraq aidiyyəti orqanlara təhvil verilmişdir.
Narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə tədbirləri nəticəsində 10 halda 511,5 qram narkotik maddənin dövlət sərhədindən keçirilməsinin qarşısı alınmışdır.
Qaçaqmalçılıq fəaliyyətinə qarşı mübarizə çərçivəsində həyata keçirilmiş tədbirlər nəticəsində ümumi dəyəri təqribən 78 min 265 manat olan qaçaqmal, o cümlədən 2500 ədəd 12 millimetrlik patron, 1608 ədəd pnevmatik tüfəng patronu, tir tüfəngi üçün 23 ədəd qundaq və 20 ədəd lülə, 1415 kiloqram qırma, 45 ədəd qızıl zinət əşyası, 1830 ədəd zərgərlik məmulatları düzəltmək üçün alət, 47 mobil telefon, 179 mobil telefon aksessuarı, 12 baş xırdabuynuzlu heyvan, müxtəlif spirtli içkilər, ərzaq və sənaye malları saxlanılmışdır.
Respublikamızın dəniz sərhədləri istiqamətində dövlət sərhədinin mühafizəsi və sərhəd rejim qaydalarının qorunması istiqamətində keçirilmiş tədbirlər nəticəsində 58 nəfər sərhəd rejim pozucusu saxlanılmış, dənizdən 18050 metr tor, 19557 ədəd qarmaq, 5 qayıq və 1 mühərrik aşkar olunaraq götürülmüşdür.
Dövlət sərhədlərimizin etibarlı mühafizəsinin təşkili istiqamətində tədbirlər davam etdirilir.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında