Dövlət Dəniz Administrasiyasında müstəqilliyimizin bərpasının iyirminci ildönümünə həsr olunmuş elmi-praktiki konfrans keçirilmişdir

Oktyabrın 14-də Dövlət Dəniz Administrasiyasında (DDA) dövlət müstəqilliyimizin bərpasının 20 illiyinə həsr olunmuş elmi-praktiki konfrans keçirilmişdir.
DDA-nın kollektivi əvvəlcə Fəxri Xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad etmiş, məzarı önünə əklil qoymuşlar.
Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılmış, məzarı üzərinə tər çiçəklər düzülmüşdür.
Sonra Şəhidlər Xiyabanına gələn konfrans iştirakçıları Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının əziz xatirəsini ehtiramla yad etmiş, məzarları üzərinə tər çiçəklər düzmüşlər.
DDA-nın akt zalında keçirilən konfransda administrasiyanın rəisi Qüdrət Qurbanov dövlət müstəqilliyimizin bərpasının 20 illiyi münasibətilə tədbir iştirakçılarını təbrik etmişdir. "Heydər Əliyev və Azərbaycanın dövlət müstəqilliyinin 20-ci ildönümü" mövzusunda məruzə ilə çıxış edən Q.Qurbanov müstəqilliyimizin qorunub saxlanılmasında xalqımızın ümummilli lideri Heydər Əliyevin əvəzsiz xidmətlərindən danışmışdır. Ümummilli lider Heydər Əliyevin DDA-nın, o cümlədən ümumilikdə ölkəmizin bütün dəniz nəqliyyatı kompleksinin yaradılması və təşəkkülündə müstəsna rolunu xüsusi vurğulan administrasiyanın rəisi qeyd etmişdir ki, məhz ulu öndərin gələcəyi görmək qabiliyyəti sayəsində respublikamız onun nəinki sovet dövründə Azərbaycanda hakimiyyətdə olarkən təməlini qoyduğu mövqeləri qorumağa, həm də onları xeyli artırmağa nail olmuşdur. Bu isə respublikamızın dünyanın dəniz cəmiyyətində layiqli yer tutmasına səbəb olmuşdur. Azərbaycan postsovet məkanında öz dövlət donanmasını qoruyub saxlayan və genişləndirən yeganə respublikadır.
Administrasiyanın rəisi Prezident İlham Əliyevin ölkəmizin müstəqilliyinin möhkəmləndirilməsi, Azərbaycanın iqtisadi qüdrətinin yüksəldilməsi, digər sahələrlə yanaşı, dəniz nəqliyyatının inkişafı sahəsində də əldə olunan nailiyyətlərdən danışmışdır. Bildirmişdir ki, hazırda ulu öndərin siyasi xəttinin Prezident İlham Əliyev tərəfindən uğurla və yaradıcılıqla davam etdirilməsi nəticəsində dünya dövlətləri sırasında öz layiqli yerini tutan Azərbaycan gündən-günə inkişaf edir.
Konfransda administrasiyanın rəis müavini Ehtiram Rəhimov, mətbuat xidmətinin rəhbəri Ərsalan Əliyev və başqaları çıxış edərək ötən 20 ildə Azərbaycanın qazandığı nailiyyətlərdən, Cənubi Qafqazda lider ölkəyə çevrilən respublikamızın uğurlarından danışmışlar.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında