Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan sürətlə inkişaf edərək bölgənin aparıcı dövlətinə çevrilmişdir

Oktyabrın 14-də Fövqəladə Hallar Nazirliyində (FHN) Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümünə həsr olunmuş təntənəli mərasim keçirilmişdir.
Mərasimdə ümummilli lider Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəman Vətən oğullarının xatirəsi ehtiramla yad edilmişdir.
FHN-dən bildirmişlər ki, tədbirdə fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov çıxış edərək dövlət müstəqilliyinin əldə edilməsinin Azərbaycan xalqının ən böyük nailiyyəti olduğunu, müstəqilliyin hər bir vətəndaşımız üçün müstəsna əhəmiyyət daşıdığını qeyd etmişdir.
Ötən əsrin 90-cı illərinin əvvəllərində ölkədə baş verən ictimai-siyasi hadisələrdən danışan nazir demişdir ki, müstəqilliyin ilk illərində xarici və daxili təzyiqlərə, xəyanətkar qəsdlərə məruz qalan milli dövlətçiliyimiz məhz 1993-cü ildə ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra xilas olaraq yeni inkişaf dövrünə qədəm qoymuş, müstəqilliyimiz dönməz xarakter almışdır. Müasir müstəqil Azərbaycanın banisi və qurucusu ümummilli lider Heydər Əliyev ölkəni sürətli inkişaf yoluna çıxartmışdır.
Ulu öndərin siyasi xəttinin layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə müstəqil Azərbaycan dünyanın ən sabit, sosial-iqtisadi cəhətdən sürətlə inkişaf edən ölkəsinə çevrilmişdir və hər ötən gün yeni-yeni uğurlara imza atır. Respublikamız beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilmişdir. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan yeni siyasi və iqtisadi sistem qurmuş, sürətlə inkişaf edərək bölgənin aparıcı dövlətinə çevrilmişdir.
Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə 2005-ci ildə FHN-in yaradıldığını xatırladan K.Heydərov dövlətimizin başçısının xüsusi diqqət və qayğısı nəticəsində bu sahədə ciddi inkişafa nail olunduğunu, əhalinin fövqəladə hallardan etibarlı şəkildə mühafizəsi üçün ciddi tədbirlərin görüldüyünü, nazirliyin qısa bir müddətdə maddi-texniki cəhətdən hərtərəfli təmin edildiyini söyləmişdir.
Mərasimdə YAP icra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov çıxış edərək müstəqillik tariximizdən, ümummilli lider Heydər Əliyevin siyasi fəaliyyətindən, misilsiz xidmətlərindən danışmış, Azərbaycanın dünyanın ən sürətli inkişaf edən ölkələrindən birinə çevrildiyini qeyd etmişdir.
Mərasimin sonunda Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə müraciət qəbul olunmuşdur.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında