Kürdəmirin Dəyirmanlı kəndində modul tipli sutəmizləyici qurğu istifadəyə verildi

Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən modul tipli sutəmizləyici qurğu qoyulması və 12 məhəlləyə bulaq çəkilməsi nəticəsində 2 min nəfərə yaxın əhalisi olan Dəyirmanlı kəndində içməli su problemi aradan qaldırıldı.
Sutəmizləyici qurğunun istifadəyə verilməsi kənddə əsl bayram təntənəsi yaratdı.
Bu münasibətlə keçirilən mərasimdə rayon rəhbərliyi, ziyalılar, kənd sakinləri iştirak edirdilər.
Rayon icra hakimiyyətinin başçısı Fəxrəddin Məlikov Prezident İlham Əliyevin rəhbərliyi ilə son illərdə Respublikamızda, o cümlədən, Kürdəmir rayonunda sosial-iqtisadi sahələrdə həyata keçirilən irimiqyaslı layihələrdən, əhalinin sosial problemlərinin həlli, həyat səviyyəsinin yüksəldilməsi məqsədi ilə görülən işlərdən danışdı. Bildirdi ki, Aran iqtisadi rayonuna daxil olan Kürdəmirdə ekoloji cəhətdən təmiz içməli su sovetlər birliyi dövründən belə problem olmuşdur. Müstəqillik illərindən sonra ölkəmizdə əldə olunan iqtisadi yüksəliş bu vacib problemin də həllinə imkan yaratmışdır.
Rayonun 13 kəndində son illərdə modul tipli sutəmizləyici qurğu istifadəyə verilməklə ümumilikdə 173 məhəlləyə bulaq çəkilmişdir.
Rayonda istismara verilmiş sutəmizləyici qurğular Cənubi Koreya və Türkiyə şirkətlərinin istehsalı olmaqla hər biri sutkada 40-50 ton suyu təmizləyib əhalinin istifadəsinə verir.
İstismara verilmiş sutəmizləyici qurğular kənd bələdiyyəsinə təhvil verilmiş, bələdiyyələr tərəfindən hər bir qurğuya xidmət göstərən işçilər müəyyənləşdirilmiş və təhkim edilmiş işçilərə podratçı təşkilatlar tərəfindən əmək haqqı və sutəmizləyici qurğunun istifadə etdiyi enerjinin dəyəri ödənilir.
Məlumat üçün qeyd edək ki, ölkə rəhbərinin "Kürdəmir rayonu əhalisinin içməli su təminatının yaxşılaşdırılması ilə əlaqədar əlavə tədbirlər haqqında" 26 avqust 2011-ci il tarixli sərəncamına əsasən 5 min nəfərin yaşadığı Şahbəyli, Sor-Sor, Ərşəli, Muğanlı, Xınıslı yaşayış məntəqələrində modul tipli sutəmizləyici qurğuların quraşdırılması nəzərdə tutulmuşdur.
Mərasimdə kənd ağsaqqalları, ziyalılar çıxış edərək ölkə rəhbərinə ölkədəki ictimai-siyasi vəziyyətə, dinamik inkişafa və onların sosial problemlərinin həlli istiqamətində görülmüş işlərə və həyata keçirilmiş tədbirlərə görə minnətdarlıqlarını bildirmişlər.
Sonda rəmzi qırmızı lent kəsildi, qurğu işə salındı.
Açılış mərasimindən sonra rayonun hüquq-mühafizə və digər xidmət təşkilatları rəhbərlərinin iştirakı ilə rayon İcra Hakimiyyəti Başçısının səyyar qəbulu keçirildi.

{nl}

Səməd HÜSEYNOĞLU, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında