Süleyman DƏMİRƏL: Bakıda möhtəşəm bir inkişafın şahidi oldum

Bakı Beynəlxalq Humanitar Forumunda iştirak etmək üçün Azərbaycanda səfərdə olan Türkiyə Respublikasının IX Prezidenti Süleyman Dəmirəl Ankaranın Esenboğa hava limanında jurnalistlərə açıqlamasında Bakıda möhtəşəm bir inkişafın şahidi olduğunu söyləmişdir. 
S.Dəmirəl demişdir ki, müstəqilliyinin iyirmi ili ərzində Azərbaycanda böyük dəyişikliklər olmuşdur. Bakıda möhtəşəm bir inkişafın şahidi oldum və açıq desəm, bu mənim gözlərimi qamaşdırdı. Bu münasibətlə mən Prezident İlham Əliyevi və hökumətini təbrik edirəm. Bakı bir müasir dünya şəhəri olmuşdur. Yüksək binaları, geniş prospektləri ilə həqiqətən fəxr olunacaq bir şəhər görməkdən qürur duydum.
Türkiyənin IX Prezidenti daha sonra demişdir ki, türk dünyasında Sovet İttifaqının dağılmasından sonra meydana gələn coğrafiyada Azərbaycanın timsalında bir ulduz ölkə doğulmuşdur. Mən buna çox sevindim. Yüksək qonaqpərvərliyə görə hörmətli Prezident İlham Əliyevə də təşəkkkürümü bildirirəm. Əziz dostum və qardaşım Heydər Əliyevi də rəhmətlə anıram. Onun məzarını ziyarət etdim. Mən Bakıdakı Şəhidlər Xiyabanını da ziyarət edərək, əsgərlərimizin ruhlarına dua oxudum. Bununla iki ölkə arasında dostluğa və qardaşlığa töhfə vermək istədim.

{nl}

Oqtay BAYRAMOV, AzərTAc-ın xüsusi müxbiri
Ankara


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında