Nəsimi rayonunda dövlət müstəqilliyinin bərpasının 20 illiyi qeyd edildi

Ölkəmizin hər yerində olduğu kimi, Bakının Nəsimi rayonunda da Azərbaycanın müstəqilliyinin bərpasının 20 illiyi böyük ruh yüksəkliyi və sevinclə qeyd edilir. 
Dövlət müstəqilliyinin bərpa edilməsinin iyirmi illiyi ilə əlaqədar Bakı Slavyan Universitetində təntənəli mərasim keçirilmişdir. Tədbiri Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Nəsib Məhəməliyev açaraq hamını bu əlamətdar gün münasibətilə təbrik etmişdir.
Natiq bildirmişdir ki, XX əsrin sonuncu onilliyində Azərbaycan xalqının dövlət müstəqilliyi əldə etməsi, suveren dövlət kimi dünya birliyinə qoşulması çoxəsrlik tariximizin ən önəmli hadisəsi olmuşdur. 150 ildən çox Rusiya və sovet imperiyaları tərkibində olmuş və 1918 -1920 -ci illər arası cəmi 23 ay müstəqil yaşamış Azərbaycan 1991 -ci ildə müstəqilliyini bərpa etsə də, biz əslində real suverenliyə 1993-cü ildə nail olduq. Həmin il xalqın təkidli tələbi və xahişindən sonra ulu öndərimiz, Azərbaycanın dünyaya bəxş etdiyi ən dahi insan, böyük vətənpərvər və fenomenal şəxsiyyət Heydər Əliyev hakimiyyətə qayıtdı. Ümummilli liderimiz canından artıq sevdiyi Azərbaycanı müstəqilliyini itirib parçalanmaqdan və dünya xəritəsindən silinmək təhlükəsindən hifz etdi. Onun əzmkar səyi nəticəsində ictimai - siyasi sabitlik, qanunçuluq təmin edildi və tənəzzüldə olan iqtisadiyyatın dirçəldilməsi, insanların maddi rifah halının yüksəldilməsi, elm, mədəniyyət, səhiyyə, təhsilin inkişafı üçün zəruri islahatlar həyata keçirilməyə başlandı.
Ulu öndərimizin əzmkarlığı və uzaqgörənliyi sayəsində ərsəyə gəlmiş və 1994-cü ilin 20 sentyabrında Bakıda Qərbin aparıcı şirkətləri ilə imzalanmış və tarixə "Əsrin müqaviləsi" adı ilə düşmüş qlobal neft müqaviləsi isə ölkəmizin yeni neft strategiyasının təntənəsinə və milli müstəqilliyimizin möhkəmləndirilməsində müstəsna əhəmiyyətə malik hadisəyə çevrildi. Əminliklə deyə bilərik ki, ümummilli liderimizin işləyib hazırladığı yeni neft strategiyası ölkəmizdə bütün sahələrdə böyük tərəqqi və inkişafın əsasını qoymuş və Azərbaycanın hərtərəfli yüksəlişində müstəsna rol oynamışdır. Qədirbilən xalqımız bütün bunlara görə, şərəfli ömrünü doğma Azərbaycanının inkişafına və müstəqilliyinə həsr etmiş, bu yolda heç bir çətinlik və maneələrdən çəkinməyərək əzmkarlıqla yoluna davam etmiş ümumilli liderimiz, dahi azərbaycanlı Heydər Əliyevə minnətdardır.
"Müstəqilliyimiz dönməzdir, əbədidir" deyən ulu öndərimizin Azərbaycanın qüdrətli dövlətə çevrilməsinə yönəlmiş müdrik siyasəti bu gün möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Son illərdə Azərbaycanın iqtisadiyyatında, hərbi quruculuğunda, elm, mədəniyyət, səhiyyə, təhsil, idman sahələrində, insanların sosial müdafiəsində əldə edilən böyük uğurlar Azərbaycan xalqının özünə layiqli lider seçdiyini sübut edir və bundan sonra daha böyük uğurlara nail olacağımızdan xəbər verir.
Sonra Nəsimi rayon prokuroru Aqşin Ziyadov, 46 nömrəli orta məktəbin direktoru Sevinc Budaqova, Bakı Slavyan Universitetinin rektoru, professor Kamal Abdulla, "Sənayeavtomatika" İstehsalat Birliyinin baş direktoru Natiq Cavadov, 4 nömrəli klinik xəstəxananın baş həkimi Fikrət Zeynalov, Milli Məclisin deputatları Məlahət İbrahimqızı və Asim Mollazadənin çıxışları dinlənildi. Onlar dövlət müstəqilliyinin bərpa edilməsindən sonra ölkəmizin ictimai - siyasi həyatında baş vermiş hadisələrdən və bugünkü müstəqil və hər bir sahədə sürətlə inkişaf edən Azərbaycanın təşəkkül tapmasında ümummilli liderimiz Heydər Əliyevin müstəsna rolundan danışdılar. Vurğulandı ki, ölkəmizin hərtərəfli inkişafına yönəlmiş siyasət hazırda dövlət başçımız İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Nəsib Məhəməliyev yekun sözü ilə çıxış etdi.

{nl}

Ayaz HƏMİDOĞLU, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında