Türkiyə Cumhuriyyətinin 9-cu Prezidenti Süleyman Dəmirəl ATİB nümayəndə heyətini qəbul etmişdir

Azərbaycan Prezidenti İlham Əliyevin dəvəti ilə "Bakı Beynəlxalq Humanitar Forumu"nda iştirak etmək üçün ölkəmizə gələn Türkiyə Respublikasının 9-cu Prezidenti Süleyman Dəmirəl Azərbaycan Türkiyə İş Adamları Birliyinin nümayəndə heyətini qəbul etmişdir. 
Qeyd etmək lazımdır ki, S. Dəmirəl həm də Azərbaycan Türkiyə İş Adamları Birliyinin (ATİB) fəxri üzvü, Azərbaycan Türkiyə İş Adamları Birliyinin təsisçisi olduğu Azərbaycan Türkiyə Tarixi Araşdırmalar Fondunun (ATAF) Himayəçilik Şurasının sədridir. ATİB-in fəxri sədri Ahmet Erentokun rəhbərlik etdiyi heyətin tərkibinə idarə heyəti sədrinin müavinləri Mehmet Sami Acarözmen, Ali İhsan Genç və Rəşad Rəsullu, idarə heyətinin üzvü İlham Alməmmədov daxil idilər.
Görüş zamanı Süleyman Dəmirəl Bakıya son dəfə gəldiyi 2007-ci ili xatırladı və o zamandan indiyə paytaxtın tanınmaz dərəcədə dəyişdiyini, özü də müsbət mənada çox böyük fərqin olduğunu xüsusi vurğulayaraq dedi: "Mənə bildirdilər ki, bu dəyişiklik təkcə Bakıda deyil, Azərbaycanın bütün regionlarında baş verir. Mən Azərbaycanın müstəqilliyini əldə etməsinin 20-ci ildönümündə bu cür inkişafı görməkdən çox şadam. Müasir Azərbaycanın memarı mərhum Heydər Əliyevin də ruhunun şad olduğuna əminəm".
Türkiyə Respublikasının 9-cu Prezidenti söhbət əsnasında qeyd etmişdir ki, bu inkişafın əldə edilməsində 1990-cı illərin əvvəllərində Azərbaycana ilk olaraq Türkiyədən gələn iş adamlarının da özünəməxsus rolu olub: "Onlar qardaş ölkə Azərbaycana yalnız sərmayə qoymağa deyil, həmçinin müasir texnologiyalar və insan resursları gətirdilər. İndi isə artıq Azərbaycan Türkiyəyə sərmayə ixrac edən ölkəyə çevrilmişdir".
ATİB-in fəxri sədri Ahmet Erentok onları qəbul etdiyi üçün Süleyman Dəmirələ təşəkkür edərək bildirmişdir ki, Azərbaycanın ümummilli lideri Heydər Əliyevin və Azərbaycan Prezidenti İlham Əliyevin Azərbaycanda fəaliyyət göstərən iş adamlarına, o cümlədən Türkiyədən olan iş adamlarına verdikləri dəstək, göstərdikləri qayğı və diqqət ölkəmizin hazırkı iqtisadi inkişafında mühüm rol oynamışdır: "Türkiyədən olan iş adamları kimi bizim məsuliyyətimiz daha böyükdür və biz bunu aydın dərk edirik. Ona görə də bundan sonra da azərbaycanlı həmkarlarımız, qardaşlarımızla birlikdə ölkələrimizin inkişafı üçün çalışmaqda davam edəcəyik".
ATİB-in ictimaiyyətlə əlaqələr şöbəsindən bildirmişlər ki, görüş zamanı cənab Süleyman Dəmirələ ATİB-in həyata keçirdiyi işlər və fəaliyyətlər barədə, ATİB üzvlərinin Azərbaycanda və regionda həyata keçirdikləri biznes layihələri haqqında da məlumat verilmişdir.
Görüşün sonunda Türkiyə Respublikasının 9-cu Prezidenti Süleyman Dəmirəl müvafiq tövsiyə və məsləhətlərini verərək Azərbaycan Türkiyə İş Adamları Birliyinin və onun üzvlərinin fəaliyyətinə uğurlar arzulamışdır.

{nl}

Z. BƏŞİRQIZI, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında