Xırdalan stansiyasının yeni inzibati binası istifadəyə verildi

C Cəmiyyətin strukturlarına daxil olan qurumlarda əlamətdar gün münasibətilə keçirilən tədbirlərdə Azərbaycan xalqının son iyirmi ildə keçdiyi şanlı yoldan, əldə edilmiş nailiyyətlərdən danışılmış, müstəqilliyimizin möhkəmləndirilməsi yolunda ulu öndər Heydər Əliyevin tarixi xidmətləri vurğulanmış, Prezident İlham Əliyevin apardığı uğurlu siyasət nəticəsində ölkəmizin dünyanın siyasi arenasında özünə layiqli yer tutduğu diqqətə çatdırılmışdır. Həmin tədbirlərin davamı olaraq dünən "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin Xırdalan stansiyasının yeni inzibati binasının istifadəyə verilməsi münasibətilə mərasim keçirildi.
Mərasimdə "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sədri Arif Əsgərov iştirak etmiş, inzibati binada işçilər üçün yaradılan şəraitlə tanış olmuşdur. A.Əsgərov yeni inzibati binada yaradılan şəraitdən razılıq etmiş, mərasimdə iştirak edən kütləvi informasiya vasitələri nümayəndələrinin suallarını cavablandırmışdır.
"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat katibliyinin rəisi Nadir Əzməmmədovdan aldığımız məlumata görə, stansiyanın yeni inzibati binasının tikintisinə 2011-ci ilin əvvəlində başlanılmış, qısa müddətdə daxili imkanlar hesabına tikilib başa çatdırılmışdır. Yeni ikimərtəbəli inzibati binada hərəkətçilərlə yanaşı gömrük, polis və sanitar-karantin müfəttişliyinin əməkdaşları üçün də yüksək komfortlu iş otaqları yaradılmışdır.

{nl}

Qabil YUSİFOĞLU, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında