Vergilər Nazirliyində dövlət müstəqilliyimizin bərpasının iyirmi illiyi qeyd edilmişdir

Vergilər Nazirliyində Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümünə həsr olunmuş "Müstəqil Azərbaycanın vergi sistemi" adlı geniş tədbir keçirilmişdir.
Tədbirdən əvvəl nazirliyin foyesində ulu öndər Heydər Əliyevin büstü önünə gül dəstələri qoyulmuşdur. Sonra yenicə çapdan çıxmış "Müstəqil Azərbaycanın vergi sistemi" kitabının təqdimatı olmuşdur.
Tədbir açıq elan olunduqdan sonra müstəqil Azərbaycanın vergi sisteminin inkişafına həsr olunmuş film nümayiş etdirilmişdir.
Vergilər naziri, 2-ci dərəcəli dövlət vergi xidməti müşaviri Fazil Məmmədov tədbir iştirakçılarını salamlayaraq, Azərbaycanın dövlət müstəqilliyinin 20-ci ildönümünün hər bir azərbaycanlının böyük fəxrlə qeyd etdiyi bir bayram olduğunu bildirmişdir. F.Məmmədov ölkəmizin dövlət müstəqilliyinin çox mürəkkəb tarixi və siyasi şəraitdə bərpa edildiyini, yalnız xalqımızın ümummilli lideri Heydər Əliyevin hakimiyyətə qayıtmasından sonra, 1993-cü ilin iyun ayından etibarən ölkədə formalaşmağa başlayan yeni siyasi kurs nəticəsində cəbhədə atəşkəsə nail olunduğunu, vətəndaş müharibəsi təhlükəsinin, separatçılıq meyillərinin qarşısının alındığını və dövlət quruculuğu sahəsində konkret addımlar atıldığını bildirmişdir.
Azərbaycanda vergi xidmətinin qanunvericilik bazasının məhz ulu öndər Heydər Əliyevin müstəqil Azərbaycana rəhbərliyi dövründə formalaşdığını vurğulayan nazir Vergi Məcəlləsinin hazırlanması prosesinin ümummilli liderimizin birbaşa rəhbərliyi ilə aparıldığını, məcəllənin layihəsinin dəfələrlə Heydər Əliyevin yanında keçirilən müşavirələrdə müzakirə olunduğunu tədbir iştirakçılarının diqqətinə çatdırmışdır.
Ölkəmizdə yeni dövlət quruculuğu tarixinin son səkkiz ilinin ulu öndərin layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fədakar fəaliyyəti ilə bağlılığını qeyd edən nazir bu illər ərzində vergi orqanlarında idarəetmə sisteminin beynəlxalq standartlara uyğunlaşdırılması, nazirliyin tətbiq etdiyi bir çox innovativ yeniliklər, müasir informasiya texnologiyalarına söykənən islahatlar barədə tədbir iştirakçılarına geniş məlumat verilmişdir.
Sonra Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri, akademik Ziyad Səmədzadə çıxış edərək, ölkəmizin son 20 ildə qazandığı nailiyyətlər, iqtisadi və sosial həyatın bütün sahələrində aparılan islahatlar barədə fikirlərini bölüşmüşdür. Tədbirdə çıxış edən Milli Məclisin deputatı, A.Bakıxanov adına Tarix İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Yaqub Mahmudov Azərbaycanın müstəqilliyinin bərpası tarixi barədə ətraflı məlumat vermiş, ulu öndər Heydər Əliyevin və onun siyasi varisi Prezident İlham Əliyevin ölkəmizin dünya dövlətləri arasında layiqli yer tutması üçün həyata keçirdiyi işlərdən danışmışdır. Tədbirdə Vergilər Nazirliyinin Hüquq idarəsinin rəisi Samirə Musayeva, Bakı Şəhər Vergilər Departamentinin hesabat statistika şöbəsinin rəisi, gənc mütəxəssis Fərid Əliyev və veteran vergi işçisi Cümşüd Namazov çıxış etmişlər.

{nl}

V.BAYRAMOV, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında