Pambıqçıların zəhməti hədər gedə bilər

Azərbaycanda qədim zamanlardan pambıq istehsalı ilə məşğul olublar. Sovet dönəmində bu qiymətli məhsulun istehsalı inkişaf etdirilərək 1 milyon tona çatdırılmışdır. Ölkəmizdə "ağ qızıl" ustalarının böyük bir ordusu yaranmışdı. İki dəfə Sosialist Əməyi Qəhrəmanları Bəsti Bağırova, Şamama Həsənova, bu şərəfli adı fəxrlə daşıyan Vəsilə Zahidova, Qızqayıt Həsənova, Zəminə Aslanova, Fatma Hüseynova, Sürəyya Kərimova, Sərdar İmrəliyev, Əhməd Əhmədov, Şaban Rzayev, Pənah Həsənov və başqaları xalqın, dövlətin dərin hörmətini qazanmışdılar. Nuruş Əliyev, Gülabba Xəlilov, Qüdrət Səmədov, Hüseyn Ağayev və digərləri pambıqçılığın inkişaf etdirilməsində ən yüksək zirvələri fəth etmişdilər. Bərdə, Sabirabad, Salyan rayon partiya komitələrinin birinci katibləri Rüstəm Səfərəliyev, Məmməd Məmmədov, Nadir Abbasov pambıqçılığın inkişaf etdirilməsində əldə etdikləri nailiyyətlərə görə Sosialist Əməyi Qəhrəmanı adına layiq görülmüşdülər.
Pambıq kənd adamlarına həmişə başucalığı, yaxşı qazanc gətirmişdir. Təəssüf ki, son illərdə bu qiymətli bitkiyə münasibət istənilən səviyyədə olmamışdır. Bunun nəticəsidir ki, vaxtilə 1 milyon ton "ağ qızıl"la öyünən pambıqçılar indi cüzi miqdarda məhsul istehsal edirlər. Bunun bir çox səbəbi var. Fermerlər, fərdi torpaq sahibkarları bunu yaxşı bilirlər. Onların fikrincə, dövlət səviyyəsində pambıqçılığa münasibət yaxşı mənada dəyişsə, yenə də yüksək nəticələr qazanmaq mümkündür.
Hələlik isə sevindirici bir iş nəzərə çarpmır. Dövlət Statistika Komitəsinin oktyabrın 10-na hazırladığı məlumata görə, son iki həftə ərzində pambıqçılıqla məşğul olan 23 rayonun 42829 hektarlıq əkin sahəsindən vur-tut 9480 ton məhsul yığılmışdır. Saatlı, Biləsuvar, İmişli, Neftçala, Yevlax, Ağcabədi, Bərdə, Beyləqan, Sabirabad rayonlarında məhsul yığımı nisbətən yüksək olmuşdur. Ümumiyyətlə götürüldükdə, məhsul yığımının əvvəlindən indiyədək respublika üzrə cəmi 24090 ton "ağ qızıl" tədarük olunmuşdur ki, bu da olduqca azdır. Kənd Təsərrüfatı Nazirliyi pambıqçılıqla məşğul olan rayonların icra hakimiyyətləri, bələdiyyələr pambığın tez və itkisiz yığılmasında fermerlərə hərtərəfli kömək göstərməsələr aylardan bəri çəkilən zəhməti yağmurlu havalar heçə endirə bilər.

{nl}

T.ƏLİYEV, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında