Kamran MUSAYEV: Hədəfimiz ürək cərrahiyyəsi sahəsində müşahidə olunan ən son yenilikləri ölkəmizdə tətbiq etməkdir

Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin sədri, Mərkəzi Klinik Xəstəxananın baş həkimi, tibb elmləri namizədi Kamran Musayev Amerika Birləşmiş Ştatlarından qayıtmışdır.
Səfərin məqsədi ürək-damar cərrahiyyəsi sahəsində ABŞ həkimləri ilə elmi-praktiki təcrübə mübadiləsi aparmaq olmuşdur.
Avqust-sentyabr aylarını əhatə edən bu səfər dünyanın ən məşhur səhiyyə ocaqlarından olan ABŞ-ın Minnesota Ştatının Rochester şəhərində yerləşən Mayo Klinikasında reallaşmışdır.
Mayo Klinikası ABŞ-da və dünyada ürək və damar xəstəlikləri sahəsində ən aparıcı tibb ocaqlarından biridir. Kamran Musayev bu klinikada ürək cərrahiyyəsinin ən son nailiyyətləri, kardiocərrahiyyədə ən qabaqcıl metodların tətbiqi ilə yaxından tanış olmuşdur. Amerika Ürək Cərrahiyyəsi Cəmiyyətinin seçilmiş prezidenti, klinikanın şöbə müdiri, professor-doktor Hartzell V. Schaff və cərrahi direktor, professor-doktor Richard C. Daly həmvətənimizin ürək cərrahiyyəsində tətbiq edilən yeniliklərlə tanış olmasına maksimum şərait yaratmışlar.
Mayo Klinikasında keçdiyi təcrübənin nəticələri barədə məlumat verən Kamran Musayevin sözlərinə görə, ABŞ həkimləri ürək-damar cərrahiyyəsində dünyanın ən qabaqcıl metod və texnologiyalarını tətbiq edirlər. Bu metod və texnologiyaların öyrənilməsi və respublikamızda tətbiq olunması kardiocərrahiyyənin daha da inkişaf etməsi üçün çox vacibdir.
Kamran Musayev demişdir ki. görüşlər zamanı biz ABŞ-dan olan həmkarlarımıza Azərbaycanda səhiyyənin ən müxtəlif sahələrinin son dövrlərdəki inkişafı barədə məlumat verdik. Xüsusilə, kardiocərrahiyyə sahəsində son illərdə əldə etdiyimiz nailiyyətlər ABŞ-dan olan həmkarlarımız tərəfindən böyük maraqla qarşılandı. Keçirdiyimiz görüşlər nəticəsində gələcəkdə ABŞ mütəxəssislərinin ölkəmizə səfəri barədə razılıq da əldə olundu. Hədəfimiz ürək cərrahiyyəsindəki ABŞ təcrübəsini və dünyada müşahidə olunan ən son yenilikləri ölkəmizdə tətbiq etməkdir. Hesab edirəm ki, əlaqələrimizin inkişafı ölkəmizdə ürək-damar cərrahiyyəsinin, ümumilikdə isə səhiyyəmizin inkişafına müsbət təsirlərini göstərəcəkdir.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında