BDU-da nano araşdırmaları laboratoriyasının açılışı olmuşdur

Oktyabrın 11-də Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində Bakı Dövlət Universitetində (BDU) yaradılmış nano araşdırmaları laboratoriyasının açılış mərasimi keçirilmişdir.
Laboratoriyanın açılışında BDU-nun rektoru, Milli Məclisin deputatı, akademik Abel Məhərrəmov, Moskva Dövlət Universitetinin rektoru, akademik Viktor Sadovniçi, akademik Valeri Lunin, Rumıniyanın Ovidus Universitetinin professoru Eden Mamut, Bilkənd Universitetinin rektoru, professor Əli Doğramacı, ABŞ-ın Delaver Universitetinin professoru İsmat Shah və başqaları iştirak etmişlər.
Tədbirdə qonaqlara neft sənayesində nanotexnologiyaların tətbiqindən bəhs edən videoçarx göstərilmiş və laboratoriyanın yaranması barədə məlumat verilmişdir.
Bildirilmişdir ki, nanomateriallar və nanotexnologiyalar üzrə elmi araşdırmaların dünyanın elm sahəsində prioritet istiqamət olduğunu nəzərə alaraq universitetin kimya, fizika, biologiya, tətbiqi riyaziyyat və kibernetika fakültələrinin bazasında 2005-ci ildə nano araşdırmalar mərkəzi və nanomaterialların kimyəvi fizikası kafedrası açılmışdır. O vaxtdan universitetdə nanotexnologiyalar istiqamətində kadr hazırlığı və tədqiqat işləri aparılır. BDU-da nanotədqiqatlar sahəsində aparılan tətbiqi xarakterli araşdırmalar dünyanın bu istiqamətdə tədqiqat aparan elm mərkəzlərində çalışan mütəxəssislər tərəfindən yüksək qiymətləndirilir və beynəlxalq maliyyə mərkəzləri alimlərimizin işlərinə böyük məbləğdə qrant layihələri ayırırlar. Son 5 ildə bu istiqamətdə aparılan tədqiqat işlərinin nəticələri 60-dan artıq nüfuzlu jurnalda məqalələr şəklində dərc edilmişdir. BDU-da bu istiqamətdə aparılan işlərin miqyasını və səviyyəsini daha da artırmaq məqsədi ilə ən müasir cihazlarla təchiz edilmiş yeni nanoaraşdırmalar laboratoriyası yaradılmışdır.
Qeyd olunmuşdur ki, laboratoriya çox yüksək ayırd etmə qabiliyyətinə malik atom qüvvə və tunel mikrosku, Furye spektrometri, spektroflüorimetr, spektofotometr, böyük ayırd etmə qabiliyyətinə malik müasir optik mikroskop, qamma spektrometri və sair qiymətli cihazlarla təchiz edilmişdir.
Qonaqlar neft sənayesində nanotexnologiyaların tətbiqinin vacibliyini və bu istiqamətdə ölkəmizdə görülən işlərdən razı qaldıqlarını bildirmişlər.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında