Aida İmanquliyeva dünya şərqşünaslıq elminə böyük töhfələr vermiş, Azərbaycan qadınına örnək bir ömür yaşamış alim idi

Aida İmanquliyeva dünya şərqşünaslıq elminə böyük töhfələr vermiş, Azərbaycan qadınına örnək bir ömür yaşamış alim idi.
Bu fikri AzərTAc-a müsahibəsində Azərbaycan Milli Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunun direktoru, Milli Məclisin deputatı Gövhər Baxşəliyeva bildirmiş və demişdir ki, böyük ziyalı, görkəmli alim Aida İmanquliyeva ərəb məhcər ədəbiyyatının tədqiqinə həsr edilmiş sanballı əsərlərin müəllifi, Qərb və rus ədəbiyyatının dərin bilicisi idi. O, elmi-ədəbi fəaliyyəti ilə Şərqi və Qərbi birləşdirən görkəmli alimlərdən biri olmuşdur. Aida İmanquliyevanın əsərləri təkcə Azərbaycan və keçmiş Sovet İttifaqının deyil, bütövlükdə, Qərb və dünya şərqşünaslığının qazandığı uğurlar səviyyəsində duran və indi də elmi əhəmiyyətini itirməyən araşdırmalardır. Onun metodologiyası ümumbəşəri dəyərlərə malik idi.
Qısa ömrünün yarısını Azərbaycan elminin inkişafına, ölkə şərqşünaslığının elmi təşkilinə həsr etmiş, üç sanballı monoqrafiyanın, 70-dən artıq elmi məqalənin müəllifi Aida xanım müxtəlif nüfuzlu beynəlxalq konfranslarda şərqşünaslıq elmimizi ləyaqətlə təmsil etmişdir.
G.Baxşəliyeva elmi yaradıcılığının çiçəkləndiyi bir zamanda həyatdan vaxtsız getmiş Aida xanımın Şərqşünaslıq İnstitutuna rəhbərlik etdiyi zaman gördüyü işlərdən, təşkilatçılıq qabiliyyətindən danışmış, onun parlaq bir şəxsiyyət, tanınmış alim olduğunu vurğulamışdır. Alimi tanıyanlar, dərs dediyi tələbələr onun dərin biliyinin, mənəvi gözəlliyinin vurğunu idilər. Onun davranışı və rəftarı, mühazirələri tələbələrini heyran edirdi. Hər hərəkətində kübarlıq, nəciblik vardı. Tanrı ondan heç nəyi əsirgəməmişdi. Zahiri görünüş, ağıl, alicənablıq, nəciblik, özünə qarşı tələbkarlıq, ailəsinə tükənməz məhəbbət Aida xanım İmanquliyevanın insani keyfiyyətlərini səciyyələndirən əsas cəhətlər idi.

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında