ABŞ Dövlət Departamentinin hesabatı reallığı əks etdirmir

Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) ABŞ Dövlət Departamentinin dini etiqad azadlığı ilə bağlı 2010-cu ilin iyul-dekabr aylarını əhatə edən yarımillik hesabatına münasibət bildirmişdir.
DQİDK-nin mətbuat xidmətindən daxil olmuş məlumatda deyilir: "Bütün müasir demokratik dövlətlər kimi, Azərbaycan Respublikası fikir, söz və vicdan azadlığı prinsiplərini gündəlik həyatda təmin etməyə və qorumağa çalışır. Bu sahədə görülən işlər həyatın ən vacib elementlərindən biri kimi, Azərbaycan hökumətinin diqqət mərkəzindədir və dövlətimiz ölkədə və dünyada dini azadlıqların qorunması ilə bağlı bütün səyləri dəstəkləyir. Bu baxımdan ABŞ Dövlət Departamentinin dünyada din azadlığı ilə bağlı yarımillik icmalını insan haqlarının qorunması istiqamətində göstərilən səylərdən biri kimi qiymətləndirir və bu təşəbbüsü müsbət dəyərləndiririk.
Ölkədə dini qurumların yenidən və ilkin dövlət qeydiyyatından keçmə prosesi davam edir.
Hicabla bağlı qeydlərə cavab olaraq bildiririk ki, bütün demokratik dünyəvi dövlətlərdə olduğu kimi, Azərbaycanda da vahid məktəbli formasının tətbiqi vicdan azadlığının pozulması kimi qələmə verilə bilməz.
"Dini etiqad azadlığı üzərində tətbiq edilən məhdudiyyətlər" bölməsində göstərilən "Yehovanın şahidləri", "7-ci günün adventistləri", Baptistlər, "Nehemiya" dini icmaları yenidən dövlət qeydiyyatına alınmasalar da, müxtəlif vaxtlarda dövlət qeydiyyatından keçmişlər və şəhadətnamələri hüquqi qüvvəsini saxlayır. Yenidən qeydiyyatdan keçməmələri həmin dini icmaların ləğvi üçün DQİDK-ya məhkəməyə müraciət etmək hüququ versə də, hələlik bu hüquqdan istifadə edilməmişdir.
Metro stansiyalarında dini ədəbiyyatın satışına məhdudiyyətlər qoyulmasına dair qeydlərə gəldikdə isə xatırladırıq ki, "Dini etiqad azadlığı haqqında" Azərbaycan Respublikası Qanununun 22-ci maddəsinin 3-cü hissəsinə əsasən, dini təyinatlı ədəbiyyatın, əşyaların və dini məzmunlu başqa məlumat materiallarının satışı yalnız ixtisaslaşdırılmış satış məntəqələri vasitəsilə həyata keçirilməlidir. Satış məntəqələrinin yaradılması müvafiq təlimatla tənzimlənir. Bu tədbir vətəndaşlar arasında dini mənsubiyyətinə görə nifaq salan radikal ədəbiyyatın və zərərli təbliğat vasitələrinin yayılmasının qarşısını daha səmərəli almaq üçün həyata keçirilir".
Komitənin məlumatında bildirilir ki, zərərli dini ədəbiyyatın, yəni dinlərarası münasibətlərdə qarşıdurma yaradan, dini ekstremizmi və qeyri-humanist ideyaları, digər dinlərə qarşı dözümsüzlüyü təbliğ edən, eləcə də dini durumu gərginləşdirməyə xidmət göstərən dini ədəbiyyatın ölkəyə idxal edilməsi və yayılmasının qarşısı alınır. Dini ədəbiyyatın ekspertizası və idxalı ilə bağlı DQİDK-nin fəaliyyətindən narazılıq edən yeganə dini qurum "Yehovanın şahidləri" dini icmasıdır. Halbuki, Komitə yalnız cari ilin doqquz ayında bu dini icmanın 136 adda dini ədəbiyyatının ölkəyə idxalına və çapına icazə vermişdir. Bu sahədə DQİDK-nin başqa heç bir dini qurumla problemi yoxdur.
Komitə "Yehovanın şahidləri" ilə bağlı Qax rayonunda keçirilmiş tədbirlərin də qanuna uyğun olduğunu vurğulayır: "Belə ki, Qanunun 12-ci maddəsinə əsasən, dini qurum yalnız öz hüquqi ünvanında fəaliyyət göstərə bilər. Ümumiyyətlə, təhlillər təəssüf hissi ilə deməyə əsas verir ki, bir çox hallarda hesabatda kifayət qədər dəqiqləşdirilməmiş məlumatlar yer almışdır. Departamentin əvvəlki hesabatlarını da nəzərə alaraq qeyd etmək lazımdır ki, bəzən faktlar kifayət qədər etibarlı olmayan mənbələrdən alınır, dəqiqləşdirilmir və müvafiq qaydada yoxlanılmadan sənədə daxil edilir. Hesabatın bəzi hissələrində Azərbaycanda dini durumun obyektiv, real təhlilinə əsla yer verilməmişdir. Ümumi sözlər və qiymətləndirmələr yer almış, kifayət qədər əsaslandırılmamış fikir və məlumatlar ötən illərin hesabatlarından götürülmüşdür".
DQİDK təəssüflə bəyan edir ki, hesabat, ümumiyyətlə, ölkədəki real vəziyyəti əks etdirmir və səthi xarakter daşıyır.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında