ATƏT-in Minsk qrupunun həmsədrləri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin altı element əsasında həllinə çalışdıqlarını bildirmişlər

Oktyabrın 8-də Xorvatiyanın Dubrovnik şəhərində ATƏT Parlament Assambleyasının payız sessiyası çərçivəsində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair müzakirələr keçirilmişdir.
Assambleyanın sədri Joao Suareşin sədrlik etdiyi iclasda ATƏT-in Minsk qrupunun həmsədrləri çıxış etmişlər.
Amerikalı həmsədr Robert Bradtke bildirmişdir ki, vasitəçi dövlətlər Cənubi Qafqazda sülhə nail olmaq üçün ən yüksək səviyyədə səylərini əsirgəmir. Diplomat demişdir ki, onlar problemin üç prinsip əsasında həllini görür: gücdən istifadə etməmək, dövlətlərin ərazi bütövlüyü və xalqların öz müqəddəratını təyinetmə hüququ.
Həmsədr, eyni zamanda, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin altı element əsasında həllinə çalışdıqlarını qeyd etmişdir. Bunlar Dağlıq Qarabağın ətrafındakı rayonlardan erməni hərbi qüvvələrinin çıxarılması, Dağlıq Qarabağa keçid statusunun verilməsi, Ermənistan ilə Dağlıq Qarabağ arasında birbaşa əlaqənin təmin edilməsi, Dağlıq Qarabağın hüquqi statusunun yekun həlli, qaçqın və məcburi köçkünlərin öz yurd-yuvalarına qayıtması, bölgədə beynəlxalq təhlükəsizlik təminatlarının və sülhyaratma əməliyyatının həyata keçirilməsidir.
Rusiyalı həmsədr İqor Popov isə əmin olduğunu bildirmişdir ki, məsələnin həlli yalnız diplomatik üsullarla mümkündür. Rusiya rəhbərliyinin münaqişənin həlli üçün ciddi səy göstərdiyini deyən İ.Popov vurğulamışdır ki, sülh yalnız tərəflərin siyasi iradəsi əsasında mümkündür.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında