"Hilton Bakı" otelində "Eforea" spa mərkəzi təqdim olundu

"Hilton Bakı" otelində Avropa "Eforea" spa mərkəzinin təqdimatı keçirilib. Mərkəz otelin Xəzər dənizinə və Bakı şəhərinin ətrafına açılan mənzərəsi olan 23-cü mərtəbəsində yerləşir. "Hilton Bakı"nın 1500 kvadratmetrlik spa mərkəzində hər biri özəl duş və geyim otağına malik olan səkkiz müalicə otağı var.
Mərkəz barədə məlumat verən Spa satış və marketinq üzrə meneceri Könül Xəlilova bildirib ki, istirahət üçün keçid zalları, hidro masaj masaları və ənənəvi hamamlar mərkəzin tərkib hissəsidir. Onun sözlərinə görə, burada prezident spa otağı, özəl par otağı və sauna, 2 müalicə yatağı, yataq - divanlara və Bakının ən möhtəşəm mənzərəsinə malikdir: "Spanın bütün sahələri fitnes mərkəzi və yoqa otağından dənizə görünüşü və Bakı panoramasını maksimallaşdırmaq üçün dizayn olunub. Bu məkana həm də 18 metrlik dairəvi üzgüçülük hovuzu daxildir. Mərkəz müştərilərə daimi üzv olmaq imkanı yaradacaq və bütövlükdə 300 üzvümüz olacaq ki, bununla da onlara keyfiyyətli xidmət təklif edəcəyik".
Hilton Mehmanxanaları və Rezortlarının qlobal rəhbəri Deyv Horton bildirib ki, "Eforea" dünyanın müxtəlif ölkələrində açılsa da, Avropada ilk belə məkandır: "Eforea" - Hilton məkanlarında spa-bütün dünya miqyası üçün açılır. Avropadakı ilk məkanımız bizim üçün daha bir mühüm mərhələdir. "Hilton Bakı"da yerləşən bu "Eforea" spa mərkəzi məftunedici şəhər və dəniz mənzərəsi təklif etməklə dörd qitəni əhatə edəcək. Bu spa qonaqlara təravətlənmək, gəncləşmək və daha parlaq görünməsi üçün dünya səviyyəli istirahət mühiti təqdim edəcək. Hazırda Amerika Birləşmiş Ştatlarında, Avstraliyada, Çin, Yeni Zelandiya və Tailandda 93 eforea: Hilton spaları mövcuddur.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında