Con KYAER: "Azərbaycanla Avropa Birliyi arasında assosiativ saziş üzrə danışıqlar başa çatmaq üzrədir"

"Danışıqlar prosesində böyük tərəqqiyə nail olmuşuq"
Azərbaycan və Avropa Birliyi assosiativ saziş üzrə danışıqların son raundunu başa çatdırmaq üzrədir. APA-nın məlumatına görə, bu barədə Avropa Birliyinin "Şərq Tərəfdaşlığı" ölkələri şöbəsinin rəhbəri, danışıqlarda AB nümayəndə heyətinə rəhbərlik edən Con Kyaer açıqlama vermişdir.
"Bu, Azərbaycanla Avropa Birliyi arasında assosiativ sazişə dair danışıqların son raundudur. Danışıqlar çərçivəsində plenar iclaslar, işçi qruplarının toplantısı keçirilir, video-konfranslar təşkil olunur. Danışıqlar davam edir, lakin hesab edirəm ki, biz danışıqlar prosesində böyük tərəqqi əldə etmişik".
Con Kyaer danışıqların və vaxt başa çatacağını və Azərbaycanla Avropa Birliyi arasında assosiativ sazişin nə vaxt imzalanacağını söyləməkdə çətinlik çəkdiyini demişdir. O, sentyabrın sonunda Varşavada keçirilən "Şərq Tərəfdaşlığı" sammitinin uğurla başa çatdığını vurğulamışdır: "Şərq Tərəfdaşlığı - əməkdaşlığımız üçün çox yaxşı siyasi çərçivədir. Azərbaycanla assosiativ saziş barədə danışıqlar aparmağımız və bu istiqamətdə böyük tərəqqiyə nail olmağımız Azərbaycanla Avropa Birliyi arasında yaxşı münasibətlərin olduğunu göstərir".
Xatırladaq ki, oktyabrın 6-da Bakıda Azərbaycanla Avropa Birliyi arasında assosiativ saziş barədə danışıqların növbəti raundu başlayıb. Danışıqlarda Azərbaycan nümayəndə heyətinə Azərbaycan xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev rəhbərlik edir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında