Azərbaycan Mühəndislik Akademiyasının illik hesabat-seçki yığıncağı keçirilmişdir

Akademik Arif Paşayev akademiyanın prezidenti seçilmişdir
Azərbaycan Mühəndislik Akademiyasının (AMA) illik hesabat-seçki yığıncağı keçirilmişdir.
AMA-dan bildirmişlər ki, yığıncağın gündəliyinə Mühəndislik Akademiyasının hesabat məruzəsinin müzakirə olunması, nəzarət-təftiş komissiyasının hesabatı, qurumun rəhbərliyinin, büro üzvlərinin və nəzarət-təftiş komissiyasının yeni tərkibinin seçilməsi daxil edilmişdir.
Hesabat məruzəsində son beş ildə AMA-da elm, texnika və innovasiya fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində işlərin geniş təhlili öz əksini tapmışdır. Həmçinin ali məktəblərlə, təşkilat və müəssisələrlə bağlanmış müqavilələr çərçivəsində əməkdaşlığın səmərəliliyini artırmaq istiqamətində konkret tədbirlərin hazırlanması tövsiyə olunmuşdur.
Ümumi yığıncaqda gizli səsvermə ilə akademiyanın yeni rəhbərliyi seçilmişdir.
Akademik Arif Mir Cəlal oğlu Paşayev Azərbaycan Mühəndislik Akademiyasının prezidenti seçilmişdir. Havar Məmmədov vitse-prezident, Əhəd Canəhmədov vitse-prezident - baş elmi katib, Natiq Cavadov isə nəzarət-təftiş komissiyasının sədri seçilmişlər.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında