2011-ci il Nobel Sülh Mükafatının laureatları açıqlanıb

2011-ci il Nobel Sülh Mükafatına Liberiya Prezidenti Elen Conson-Serlif, liberiyalı hüquq müdafiəçisi Leyme Qbovi və Yəmən ictimai xadimi Təvəkkül Karman layiq görülüblər.
APA-nın məlumatına görə, Leyma Qvobi liberiyalı müsəlman və xristianları yerli səhra komandirləri ilə mübarizəyə cəlb etməklə məşğuldur, Təvəkkül Karman isə Yəməndə hökumət əleyhinə aksiyaların təşkilatçısı sayılır. Liberiyanın 24-cü prezidenti, 72 yaşlı Elen Conson-Serlif Afrika qitəsində ilk qadın prezidentdir. O həm də Liberiyada demokratik yolla seçilmiş ilk dövlət başçısı sayılır.
Qeyd edək ki, bir çox ekspertlər bu il Nobel Sülh Mükafatının "Ərəb baharı"nın təşkilatçılarından birinə təqdim olunacağı versiyasını irəli sürsələr də, ehtimallar özünü doğrultmayıb. Komitə 241 nəfərin namizədliyini nəzərdən keçirərək mükafatın 3 nəfər arasında bölünməsinə qərar verib. Nobel Sülh Mükafatının təqdim edilməsi mərasimi dekabrın 10-da Osloda keçiriləcək. Digər Nobel mükafatları isə həmin gün Stokholmda keçiriləcək mərasimdə laureatlarına təqdim olunacaq.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında