DİA-da qısamüddətli ixtisasartırma kurslarının növbəti buraxılışı olmuşdur

Sentyabrın 27-də Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında keçirilən qısamüddətli ixtisasartırma kurslarının növbəti buraxılışı olmuşdur. 
"Azərbaycan dövlətçiliyinin hüquqi əsasları və inzibati islahatlar" istiqaməti üzrə keçirilən kursda dövlət hakimiyyətinin mərkəzi, şəhər, rayon miqyaslı orqanlarının, müvafiq nazirlik, komitə və idarələrin rəhbər işçiləri iştirak etmişlər.
DİA-nın Mətbuat və informasiya xidmətindən bildirmişlər ki, kursun məqsədi Azərbaycan dövlətçiliyinin hüquqi əsasları və inzibati islahatlarla bağlı biliklərin sistemləşdirilməsi, dinləyicilərə bu sahədə yaranmış yeni biliklərin verilməsidir.
Tematik plan üzrə kursda Azərbaycan Respublikasında Konstitusiya islahatları, Azərbaycan Respublikası Prezidentinin Konstitusion-hüquq statusu, Azərbaycanın müasir xarici siyasəti, Azərbaycan Respublikasının milli təhlükəsizliyinin təmin olunmasında hüquq-mühafizə orqanlarının qarşılıqlı fəaliyyəti və digər məsələlər əhatə olunmuşdur.
Tədris müddəti ərazində kursda Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov, Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu məsələləri komitəsinin sədri Əli Hüseynov, Milli Məclis Aparatının dövlət quruculuğu üzrə qanunvericilik şöbəsinin müdiri Lətif Hüseynov, Dövlət Miqrasiya Xidməti rəisinin müavini Pərviz Musayev, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdir müavini Tahir Süleymanov, Ədliyyə Nazirliyinin İnsan Hüquqları və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi Faiq Qurbanov, Ali Məhkəmənin hakimi İlqar Dadaşov, Ali Məhkəmənin hakimi Nigar Rəsulbəyova, Baş Prokurorluğun korrupsiyaya qarşı mübarizə idarəsinin preventiv tədbirlər və təhqiqat şöbəsinin rəisi, baş ədliyyə müşaviri Vüqar Əliyev, Daxili İşlər Nazirliyi Baş İctimai Təhlükəsizlik İdarəsinin təşkilati analitik qrupun baş inspektoru Kamal Əliyev, Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin qərargah rəisi Vüqar Ələkbərov, Mərkəzi Seçki Komissiyasının üzvü Fuad Cavadov, Milli Təhlükəsizlik Nazirliyi Akademiyasının baş müəllimi Nicat Nağıyev, Konstitusiya Məhkəməsinin hakimi Rövşən İsmayılov, Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası Katibliyinin icraçı direktoru Fərasət Qurbanov, Bakı Apellyasiya Məhkəməsinin hakimi İlqar Dəmirov, Avropa İttifaqının BMT İnkişaf Proqramının Cənubi Qafqaz ölkələrində inteqrə edilmiş sərhəd idarəçiliyi sistemlərinə dəstək proqramının ölkə üzrə meneceri Məzahir Əfəndiyev, Almaniya Beynəlxalq əməkdaşlıq cəmiyyətinin Azərbaycanda Məhkəmə və Hüquq islahatlarının dəstəklənməsi layihəsində hüquqşünas-mütəxəssis Müşfiq Məmmədov, İnsan hüquqları üzrə müvəkkilliyin Elmi Analitik İnformasiya və Beynəlxalq Əlaqələr şöbəsinin müdiri Zaur Əliyev, həmçinin tanınmış alim-mütəxəssislər, Dövlət İdarəçilik Akademiyasının professor-müəllim heyəti dinləyicilər qarşısında hüquq elminin müasir problemlərinə dair müxtəlif mövzularında mühazirələrlə çıxış etmişdir.
Dinləyicilər bu müddət ərzində Azərbaycan Respublikasının Ali Məhkəməsində praktiki təcrübədə olmuşlar. Oktyabr ayının 7-də Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında həmin istiqamət üzrə dinləyicilərin buraxılış mərasimi keçirilmişdir.
Dövlət İdarəçilik Akademiyasının rektor əvəzi, fəlsəfə elmləri doktoru, professor Əlikram Abdullayev kursun sonunda dinləyicilər qarşısındakı çıxışında kursu müvəffəqiyyətlə bitirdiklərinə görə onları təbrik etmiş, işlərində uğurlar diləmiş və kursu bitirmələri haqqında sertifikatlar təqdim etmişdir.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında