Avtomatlaşdırılmış pensiya təyinatına şərait yaradılır

"Əmək pensiyaları haqqında" Qanuna edilən son əlavə və dəyişikliklər bu ilin yanvarın birindən tətbiq olunmağa başlayıb. Bu əlavə və dəyişikliklər Azərbaycanda yeni təyin olunan pensiyaların orta aylıq məbləğinin əhəmiyyətli dərəcədə artımasına gətirib çıxarmışdır.
Belə ki, cari ilin birinci rübünün nəticələrinə əsasən, ölkə üzrə pensiyanın orta aylıq məbləgi 101,02 manat olduğu halda, yeni təyin olunan pensiyalar üzrə orta aylıq məbləğ 60 manat artaraq ümumilikdə 161,4 manat təşkil etmişdir. Bu isə ötən il "Əmək pensiyaları haqqında" Qanuna edilən əlavə və dəyişikliklər zamanı irəli sürülən səmərəli təkliflərin gercəkləşməsinin əyani göstəricisidir. Bəyan edildiyi kimi, yeni qaydaların tətbiqi nəticə etibarilə Azərbaycanda pensiyaların məbləğinin artmasına, minimum məbləğlə pensiya təyinatının arasındakı fərqin aradan qalxmasına və sosial ədalətin bərpa olunmasına gətirib cıxarmaqdadır.
Məlum olduğu kimi, yeni qaydaların tətbiqinə qədər pensiya təyinatı zamanı əsas problemlər 2006-cı ilə qədər olan dövr üçün pensiya məbləğlərinin müəyyən edilməsi metodikası ilə bağlı olurdu. Əvvəlki qayda ilə hesablama zamanı elm, təhsil, səhiyyə, mədəniyyət və s. sahələrdə uzun müddət əmək stajına malik şəxslərin əmək haqqı göstəricilərinin aşağı olması səbəbindən əksər hallarda onlara təyin edilən pensiyalar minimum məbləğlə ifadə edilirdi.
Yeni qaydalar isə bütün bu çatışmazlıqları tam aradan qaldırmışdır. DSMF-in ictimaiyyətlə əlaqələr sektorundan bildirmişlər ki, hazırda pensiya təyinatı aparılan şəxsə 2006-cı ilin 1 yanvarınadək olan dövrə aid ümumi iş stajının hər ili üçün 170 manat pensiya kapitalı hesablanır. Sosial sığorta 1992-ci ildən tətbiq olunsa da vətəndaşın bütün işlədiyi dövrə sığorta kapitalı hesablanır ki, bu da əvvəlki dövrdə qazanılmış hüquqların (əmək stajlarının) sığorta-pensiya sisteminə tam inteqrasiyası deməkdir.
Pensiya təyinatı zamanı yeni, sadələşdirilmiş qaydanın tətbiqi bütün sığortaolunanlar üzrə 2006-cı il, yanvarın 1-dək qazanılmış pensiya hüquqlarının ilkin pensiya kapitalı şəklində fərdi hesablarda qeydiyyatının aparılmasına da imkan verir və bu istiqamətdə işlər sürətlə davam etdirilir. Bu da öz növbəsində yaxın gələcəkdə vətəndaşlardan heç bir sənəd tələb edilmədən müasir Avropa standartlarına uyğun avtomatlaşdırılmış pensiya təyinatına şərait yaradacaqdır.

{nl}

Z. BƏŞİRQIZI, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında