İDEA ətraf mühit kampaniyası noyabr ayını "Ətraf mühitimizi qoruyaq" şüarı ilə keçirəcəkdir

Heydər Əliyev Fondunun vitse-prezidenti, Rusiya Azərbaycanlı Gənclər Təşkilatının (RAGT) rəhbəri Leyla xanım Əliyevanın ideya müəllifi olduğu "İnternational Dialogue for Environment Action" təşəbbüsü çərçivəsində hazırda bəşəriyyəti çox narahat edən, gələcək nəsillər üçün ciddi təhdid mənbəyinə çevrilən və öz təxirəsalınmaz həllini gözləyən ətraf mühitin problemlərinə ictimaiyyətin diqqətini artırmaq üçün 2011-ci ilin noyabr ayı "Ətraf mühitimizi qoruyaq" şüarı ilə "Ekologiya ayı" elan edilmişdir. 
İqtisadi münasibətlərin sürətli inkişafı fonunda qloballaşan dünya insanların rifah halının yaxşılaşması ilə bərabər insan fəaliyyəti nəticəsində yaranan ümumbəşəri ekoloji problemlərlə üzləşmişdir. Yerləşdiyi coğrafi məkanından asılı olmayaraq problemin qlobal xarakter daşıması hər bir fərdin şüurlu yanaşmasını və öz gündəlik fəaliyyətində dəyişiklik etməsini zəruri edir.
İDEA-nın mətbuat xidmətindən bildirmişlər ki, bu məqsədlə Azərbaycanın müxtəlif bölgə və rayonlarında maarifləndirmə işlərinin aparılması nəzərdə tutulmuşdur. Ay ərzində ali təhsil ocaqlarında "Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı" İctimai Birliyi ilə birgə "yaşıllıq həftəlikləri"nin keçirilməsi planlaşdırılır. Orta məktəblərdə isə ətraf mühitin qorunması ilə bağlı maarifləndirici müzakirələr aparılacaqdır.
Bundan əlavə, layihə çərçivəsində xeyriyyə xarakterli futbol oyunu keçiriləcəkdir. Azərbaycanın yüksək dağ zirvələrindən birinə təşkil ediləcək gənclərdən ibarət beynəlxalq alpinist qrupun ekspedisiyası ətraf mühitin qorunmasına həsr olunmuş təmizlik işləri ilə məşğul olacaqdır. Noyabrın 24-dən 27-dək isə Qəbələdə BMT və Avropa Şurası ilə birgə beynəlxalq gənc ekoloqlar düşərgəsinin keçirilməsi də nəzərdə tutulmuşdur.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında