Bakıda MDB-nin üzvü olan ölkələrin Dövlət İnformasiya Agentliklərinin Rəhbərləri Şurasının XIV iclası keçiriləcəkdir

Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində oktyabrın 10-da "Kempinski" otelində Müstəqil Dövlətlər Birliyinin üzvü olan ölkələrin Dövlət İnformasiya Agentliklərinin Rəhbərləri Şurasının (MDB İnformasiya Şurasının) XIV iclası keçiriləcəkdir.
İclasın işində Azərbaycan, Belarus, Qazaxıstan, Qırğızıstan, Moldova, Rusiya, Tacikistan, Türkmənistan və Ukraynanın informasiya agentliklərinin rəhbərləri və əsas rəhbərlərin səlahiyyətli nümayəndələri iştirak edəcəklər.
İclasın gündəliyinə Birliyin 20 illik yubileyi ilində MDB İnformasiya Şurasının fəaliyyəti haqqında hesabat, MDB-nin 20 illiyinə həsr edilmiş müştərək fotosərgi, MDB internet portalının inkişaf planları, MDB İnformasiya Şurasının cari layihələri haqqında informasiya məsələləri daxil edilmişdir.
Bundan əlavə, iclasda 2011-2012-ci illər üçün humanitar əməkdaşlıq sahəsində prioritet tədbirlər planı çərçivəsində MDB-nin üzvü olan ölkələrin jurnalistləri arasında keçirilən "Tarixi-mədəni irsin maddi və qeyri-maddi mədəniyyət abidələrinin qorunub saxlanması" mövzusunda müsabiqə barədə də danışılacaqdır.
İclasın iştirakçıları MDB İnformasiya Şurasının XV iclasının keçiriləcəyi vaxtı və yeri müəyyən edəcəklər.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında