Yaxın 10-15 ildə Azərbaycanda qaz hasilatı 55 milyard kubmetrə çatdırılacaq

Azərbaycanda bu il neftin hasilatının 46 mln. ton, qaz hasilatının isə 27 mlrd. kubmetr təşkil edəcəyi proqnozlaşdırılır.
"APA-ECONOMICS"in məlumatına görə, bunu Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev Astanada (Qazaxıstan) keçirilən "Kazenergy" VI Avrasiya Forumunda çıxışında bildirmişdir.
R.Abdullayevin sözlərinə görə, 2020-2025-ci illərə qədər ölkədə qaz hasilatı ildə 50-55 mlrd. kubmetrə çatdırılacaq ki, bu da perspektiv strukturların və yataqların gələcək işlənməsi nəticəsində mümkün olacaq: "Bizim fikrimizcə, bu ehtiyatlar Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində əhəmiyyətli rol oynayacaq".
R.Abdullayev qeyd etmişdir ki, Xəzər dənizində yerləşən "Abşeron" yatağının ehtiyatları 350 mlrd. kubmetr qaz və 45 mln. ton kondensat, "Babək" yatağının ehtiyatları 400 mlrd. kubmetr qaz və 80 mln. ton kondensat, "Naxçıvan" yatağının ehtiyatları 300 mlrd. kubmetr qaz və 40 mln. ton kondensat, "Azəri-Çıraq-Günəşli" yataqlar blokunun dərin qaz ehtiyatları 300 mlrd. kubmetr, "Ümid" yatağının ehtiyatları 200 mlrd. kubmetr qaz və 40 mln. ton kondensat səviyyəsində qiymətləndirilir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında