Mərkəzi Seçki Komissiyası işçi qrup yaratmışdır

Oktyabrın 6-da Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının (MSK) iclası keçirilmişdir.
MSK-nın mətbuat xidmətindən bildirmişlər ki, iclasda əvvəlcə komissiyanın 2011-ci il 29 sentyabr və 1 okyabr tarixli iclaslarının protokolları təsdiq edilmişdir.
Sonra MSK 2011-ci il noyabrın 30-na təyin edilmiş bəzi bələdiyyələrə təkrar, əlavə və yeni seçkilər dövründə fəaliyyət göstərəcək imza vərəqələrində, habelə namizədlərin, siyasi partiyaların, siyasi partiya bloklarının təqdim etdikləri sənədlərdə olan məlumatların düzgünlüyünü və müvafiq məlumatları yoxlamaq üçün işçi qrupunun yaradılması və həmin qrupun tərkibinin müəyyən edilməsi barədə qərar çıxarmışdır.
MSK, həmçinin 67 saylı Cəlilabad şəhər seçki dairəsi dairə seçki komissiyasının tərkibində dəyişiklik etmişdir.
Komissiyanın iclasında cari məsələlərə də baxılmışdır.
MSK sədri seçki dairələri üzrə namizədlərin irəli sürülməsi ilə bağlı da məlumat vermişdir. M.Pənahov bildirmişdir ki, bu günə qədər 12 dairə seçki komissiyasında 29 bələdiyyə üzrə 73 nəfərin namizədliyi təsdiq edilmişdir. Onlardan 63-ü imza vərəqələrini götürmüşdür.
İclasda ATƏT-in Bakı ofisinin təmsilçiləri və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında