Son 10 ildə Azərbaycanda investisiya layihələrinə yatırılan sərmayələrin həcmi 160 dəfə artmışdır

Azərbaycan iqtisadiyyatı üçün qeyri-neft sektorunun diversifikasiyası və sürətli inkişafı prioritet istiqamətdir.
Məhz bu sahəyə daha çox xarici investisiya cəlb olunur və qabaqcıl texnologiyalar tətbiq olunur. "APA-ECONOMICS"in məlumatına görə, bu barədə Bakıda keçirilən Sənayeçilər və Sahibkarların Beynəlxalq Konqresinin toplantısında Azərbaycan Nazirlər Kabinetinin iqtisadiyyat və maliyyə-kredit şöbəsinin müdiri Şahin Sadıqov açıqlama vermişdir. Onun sözlərinə görə, son 10 il ərzində Azərbaycan iqtisadiyyatına 90 milyard dollar investisiya yatırılıb, ÜDM-in artım tempi ikirəqəmli olub, 2005-ci ildən ÜDM-in kəskin artımı müşahidə olunub. Son illər ərzində daxili investisiyaların həcmi xarici investisiyaları üstələyib, ticarət dövriyyəsi 10 dəfə artıb. Hazırda qeyri-neft məhsullarının ixracında artım müşahidə olunur və ölkə iqtisadiyyatının diversifikasiyası nəticəsində bu, bir qədər də artacaq.
Ölkədə investisiya layihələrinin sürətli və uğurlu icrasından danışan Ş.Sadıqov bildirmişdir ki, son 10 ildə yatırılan sərmayələrin həcmi 160 dəfə artmışdır. 2010-cu ildə investisiya layihələrinə 4,132 milyard manat vəsait yatırılmışdır. Son 10 ildə dövlət büdcəsindən infrastruktur layihələrinə 15 milyard manat vəsait ayrılıb, nəticədə 5000 kilometr avtomobil yolları salınıb, 2000-dən artıq məktəb, 185 tibb müəssisəsi və s. tikilmişdir.
Azərbaycanda sahibkarlıq fəaliyyətinin inkişafından danışan hökumət təmsilçisi qeyd edib ki, Sahibkarlığa Kömək Milli Fondu yaradılandan indiyədək qeyri-neft sektorunda 12 min layihənin icrasına 700 milyon manat güzəştli kredit ayrılmışdır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında