Sumqayıtda "nümunəvi məhəllə"lərin sayı artır

Cari ilin əvvəlində Sumqayıt şəhərinin rəhbərliyi dəyişildikdən sonra yaşayış massivlərində "Nümunəvi məhəllə"lərin yaradılması və "Açıq mikrofon" tədbirlərinin keçirilməsi ənənə halını almışdır.
İndiyədək şəhərin 13 və 18-ci mikrorayonlarında, eləcə də Corat qəsəbəsində belə görüşlər təşkil edilmişdi. Həmin ərazilərdə qısa vaxtda geniş abadlıq işləri görülmüş, idman meydançaları yaradılmış, yaşıllıqlar artırılmışdır. Əhalinin arzu, təklif və şikayətləri də dinlənilmiş və müvafiq tədbirlər görülmüşdür.
Bu günlərdə Sumqayıtın 10-cu mikrorayonunda daha bir "Nümunəvi məhəllə"nin təqdimatı oldu və sakinlər növbəti dəfə "Açıq mikrofon" vasitəsilə ürək sözlərini səsləndirmək imkanı qazandılar. Abadlaşdırılan 5 hektardan çox ərazidə şəhərin yeni gerbinin təsvirləri vurulmuşdu. İncəsənət ustaları əlvan musiqi nömrələri ifa etməklə bayram ovqatı yaradırdılar.
Tədbirə 15 mindən artıq sumqayıtlı toplaşmışdı. Şəhər icra hakimiyyətinin bütün rəhbərliyi, hüquq-mühafizə orqanlarının, idarə və təşkilatların, kütləvi informasiya vasitələrinin nümayəndələri də burada idi.
Görüşü icra hakimiyyətinin başçısı Eldar Əzizov açaraq sakinləri salamladı. O bildirdi ki, Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı ilə sakinlərlə sıx ünsiyyət yaradılmış, onların sosial-məişət problemlərinin həlli üçün ardıcıl tədbirlər həyata keçirilməyə başlanmışdır. Şəhərdə üç parkın - Heydər Əliyev adına, Nəsimi adına və Bələdiyyə parklarının, habelə Cümə məscidinin əsaslı şəkildə yenidən qurulması, bulvarın yaradılması, "Sülh" küçəsinin təmiri, Cənubi Qafqazın heç bir şəhərində analoqu olmayan kanalizasiya şəbəkəsinin yaradılması kimi vacib layihələr icra olunmaqdadır. Bu mikrorayonda isə 12 yaşayış binasının fasadı rənglənmiş, uşaq idman meydançaları tikilmiş, müasir işıqlandırma dirəkləri, rahat oturacaqlar quraşdırılmış, 3 "Xeyir-şər evi" əsaslı təmir edilmişdir. Ümumiyyətlə, başlıca hədəf gənclik şəhərini paytaxt Bakının standartlarına yaxınlaşdırmaqdır.
Sonra qeyd edildi ki, xüsusi tədbirlər planına əsasən, son iki-üç ayda şəhərdə yüzlərlə dam örtüyü təmir olunub, həyətlərə minlərlə kvadratmetr asfalt çəkilib. Yaxın beş il ərzində Sumqayıtın bütün yaşayış massivlərində belə gözəl məhəllələr yaradılacaq. Yeni ildən isə şəhərin 20 məktəbinin əsaslı təmiri dövlət investisiya proqramına daxil edilmişdir.
Sərbəst şəkildə mikrofona yaxınlaşan sakinlərdən Əkrəm Babayev, Brilliant Salmanova, Dilbər Məmmədova, sahibkar İdris Zeynalov, 2-ci qrup Qarabağ əlili Azər Rəşidov, Qubadlı rayonundan məcburi köçkün Ədil Quliyev, Zəngilan qaçqını Müslüm Novruzov və başqaları görülən abadlıq işlərinə görə minnətdarlıqlarını çatdırdılar. Sentyabrın 16-da Sumqayıtda yüksək səviyyədə "Şəhər günü"nün keçirilməsini, əksər ərazilərdə, eləcə də Corat qəsəbəsində tikinti-quruculuq tədbirlərinin genişlənməsini təqdir etdilər. Onlar həmçinin maraqlı təkliflərini söylədilər. Məsələn, bir qrup iş adamı dövlət başçısının doğum günü şərəfinə böyük bir tortun hazırlanmasına dair Gəncə sahibkarlarının təşəbbüsünə qoşulmaq haqqında təkliflə çıxış etdi və bu, tədbirə toplaşanlar tərəfindən alqışlarla qarşılandı. Bələdiyyənin fəaliyyətinə münasibət bildirildi. Bəzi sakinlər isə qarşılaşdıqları mənzil-məişət problemlərinin həllinə köməklik göstərilməsini xahiş etdilər.
İcra hakimiyyətinin başçısı E.Əzizov söylənilənlərin diqqətdə saxlanacağını, problemlərin aradan qaldırılması üçün əməli tədbirlər görüləcəyini bildirdi.

{nl}

Əli NƏCƏFXANLI, "Xalq qəzeti" (foto M.QULİYEVİNDİR)

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında