Beynəlxalq Avrasiya Mətbuat Fondu UNICEF-in dəstəyi ilə yeni layihənin icrasına başlamışdır

Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF) BMT-nin Uşaq Fondunun (UNICEF) dəstəyi ilə yeni layihənin icrasına başlamışdır.
Fonddan bildirmişlər ki, oktyabrın 4-də UNICEF-in Bakı ofisində bu qurumun Azərbaycandakı nümayəndəliyinin rəhbəri Mark Herevard və BAMF-ın sədri Umud Rəhimoğlu bununla bağlı ikitərəfli müqavilə imzalamışlar.
Mərasimdə UNICEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri M.Herevard layihənin onlar üçün çox böyük əhəmiyyət kəsb etdiyini vurğulamışdır. Bildirmişdir ki, layihənin BAMF-a etibar edilməsi bizim bu quruma olan inamımızdan irəli gəlir. Hesab edirik ki, layihə uğurla həyata keçiriləcək və biz çox böyük nəticə əldə edəcəyik.
U.Rəhimoğlu BAMF-ın beynəlxalq təşkilatlarla, o cümlədən BMT-nin müxtəlif qurumları ilə iş təcrübəsindən danışmışdır.
Layihənin əsas məqsədindən danışan U.Rəhimoğlu onun bu ilin oktyabrından başlayaraq 2012-ci ilin sonunadək davam edəcəyini bildirmişdir. Vurğulamışdır bu, BMT-nin Minilliyin İnkişaf Məqsədlərinə xidmət edən bir layihədir. Onun əsas məqsədi gənclərin idarəçiliyə daha yaxından cəlb olunmaları üçün onları təlimləndirməkdir.
"Azərbaycan gənclərinə dəstək proqramı" adlı layihə Ağdam, Ağcabədi, Bərdə, Beyləqan, Goranboy, Tərtər, Yevlax rayonlarında yaşayan gəncləri əhatə edəcəkdir. Layihənin əhatə etdiyi ərazi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin birbaşa təsirinə məruz qalmış rayonlardır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında