Görkəmli ədəbiyyatşünas, unudulmaz müəllim

Azərbaycan ədəbiyyatşünaslığına qiymətli töhfələr vermiş, uzun illər filoloq və jurnalistlərin sevimli müəllimi kimi onları vətənpərvər ruhda tərbiyələndirmiş, azərbaycançılıq məfkurəsinin ardıcıl təbliğçisi olmuş Abbas Zamanovun anadan olmasının 100 illiyi tamam olur.
Bu münasibətlə görkəmli alim-pedaqoqun yetirmələrinin çalışdığı AMEA Ədəbiyyat İnstitutunda yubiley elmi sessiyası keçirilmişdir.
Elmi məclisi giriş sözü ilə açan Ədəbiyyat İnstitutu direktorunun müavini, filologiya elmləri doktoru Teymur Kərimli Abbas Zamanovun ədəbiyyatşünaslığımızın zənginləşməsinə göstərdiyi xidmətlərdən, elmi-mədəni irsə qayğıkeş münasibətindən, yeni nəsil ziyalılara örnək olan ömür yolundan söhbət açdı.
Ədəbiyyat İnstitutunun direktoru, akademik Bəkir Nəbiyev "Görkəmli alim, yorulmaz müəllim, qeyrətli vətəndaş" adlı məruzəsində AMEA-nın müxbir üzvü, əməkdar elm xadimi, professor Abbas Zamanovun çoxşaxəli elmi araşdırmalarını, faydalı ictimai fəaliyyətini yada saldı, onu nurlu şəxsiyyət, milli ideallara sonadək sadiq qalmış soydaşımız, Azərbaycan ədəbiyyatını dünyada geniş tanıtdıran fədakar ziyalı kimi səciyyələndirdi. Natiq unudulmaz müəllimin inqilabi-demokratik hərəkatın dərindən tədqiqində, "mollanəsrəddinçi" ad sahiblərinin həyat və yaradıcılığının araşdırılmasında və nəşrində xidmətlərini vurğuladı.
Filologiya elmləri doktorları - Elməddin Əlibəyzadə, Qəzənfər Paşayev, Vaqif Arzumanlı və Sabir Əmirov yubilyarı dərin ehtiramla yad etdilər, ədəbiyyatşünaslığa və azərbaycançılıq məramının intişarına xidmətlərindən söz açdılar.
Sonda Abbas Zamanovun oğlu Fuad Zamanov atasının xatirəsinə göstərilən ehtirama, söylənən xoş sözlərə görə minnətdarlığını bildirdi.

{nl}

R.TAHİR, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında