AŞPA Azərbaycanın Dağlıq Qarabağ bölgəsində separatçı rejimin keçirdiyi "yerli özünüidarəetmə orqanlarına seçkilər"i pisləyən bəyanat qəbul etmişdir

Avropa Şurası Parlament Assambleyası (AŞPA) erməni separatçılarının Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsində sentyabrın 18-də keçirdiyi qanunsuz bələdiyyə seçkilərini pisləyən bəyanat qəbul etmişdir.
Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Qənirə Paşayevanın hazırladığı yazılı bəyanata AŞPA-da təmsil olunan müxtəlif ölkələrin deputatları imza atmış və bəyanat AŞPA-nın rəsmi sənədi kimi qəbul olunmuşdur.
AŞPA-nın toplantısında qurumun sədri Mövlud Çavuşoğlu tərəfindən elan olunan bəyanatda deyilir: "Ermənistan AŞPA-nın digər üzvü Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazilərinin 20 faizini işğal altında saxlamaqda davam edir. AŞPA qəbul etdiyi 1416 saylı qətnamədə bu işğalı pisləyərək Ermənistanı öz silahlı qüvvələrini Azərbaycanın işğal olunmuş torpaqlarından çıxarmağa çağırmışdı. AŞPA-nın və BMT-nin qətnamələrinə məhəl qoymayaraq cari il sentyabrın 18-də separatçı rejim Azərbaycanın Dağlıq Qarabağ bölgəsində "yerli özünüidarəetmə orqanlarına seçkilər" keçirmişdir. Bu qeyri-qanuni seçkilər beynəlxalq hüququn normalarına və prinsiplərinə, eləcə də beynəlxalq təşkilatların qəbul etdiyi qətnamələrə zidd olmaqla yanaşı, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair Azərbaycan və Ermənistan arasında aparılan danışıqlar prosesinə də ciddi zərbə vurmuşdur. Ermənistanın bu addımları regionda vəziyyəti daha da gərginləşdirir".
Bəyanatda Ermənistan tərəfindən keçirilmiş bu qeyri-qanuni seçkilərin dünyanın əksər beynəlxalq təşkilatları tərəfindən də pislənildiyi vurğulanır.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında