Ermənistanın narkotiklərlə bağlılığı Avropa Şurası Nazirlər Komitəsində müzakirə edilməlidir

AŞPA-nın payız sessiyasının birinci iş gününün ikinci yarısı Nazirlər Komitəsinin fəaliyyətdə olan sədri, Ukraynanın xarici işlər naziri Kostyantin Qrişşenkonun hesabat məruzəsi ilə başlanmışdır.
Nazirlər Komitəsinin ötən sessiyadan indiyədək gördüyü işlər barədə nazirin məruzəsi dinlənildikdən sonra ənənəvi olaraq deputatların sualları cavablandırılmışdır. Avropa həyatının müxtəlif problemləri ilə əlaqədar sual verməyə 18 deputat yazılsa da, onlardan yalnız 10-na növbə çatmışdır. Sual verənlər sırasındakı siyahıda sonuncu olduğunu görən və ona növbənin çatmayacağını bilən ermənistanlı deputat Zohrabyan adətinə xas olaraq assambleyanın iclasının gedişini pozmağa çalışmışdır. Guya ona qarşı qərəzli münasibətin nəticəsində onu siyahıda sonuncu yazmışlar. Onun bu yersiz və çılğın hərəkəti assambleya üzvlərində gülüş doğurmuş və bir daha Ermənistan nümayəndə heyətinin bu qəbil ali məclislərin elementar etika tələblərinə belə riayət etməyə hazır olmadığını göstərmişdir.
AŞPA-nın sədri Mövlud Çavuşoğlu erməni deputatına cavabında bildirmişdir ki, siyahıları assambleyanın katibliyi qəbul edilmiş qaydalara və deputatların çıxışa yazılmaq üçün müraciətlərinin ardıcıllığına əsasən tərtib edir və indiki halda da hər şey qaydalara tam uyğundur.
Azərbaycan nümayəndə heyətinin üzvü Rafael Hüseynov da Nazirlər Komitəsinin sədrinə belə bir sualla müraciət etmişdir: "Ermənistandakı rəsmi mənbələrin məlumatlarına görə, bu ölkədə son dövrlərdə narkotiklərin qanunsuz dövriyyəsi iki dəfə artmış, qeydiyyata düşmüş narkomanların sayı 1717 olsa da, beynəlxalq təşkilatların təsdiqinə görə ölkədə onların sayı 4 mindən çoxdur. Yəni, hazırda Ermənistanda orta hesabla hər 300 nəfərdən biri narkomandır. Ölkədə 100 mindən artıq insan ən azı bir dəfə narkotiklərdən istifadə etmişdir. Belə sürətlə inkişaf edən dəhşətli bəlanın başlıca mənbələrindən biri Ermənistanın işğal etdiyi və beynəlxalq nəzarətdən kənarda olan Azərbaycan torpaqlarında narkotiklərin kütləvi şəkildə becərilməsi və onların maneəsiz dövriyyəsini təmin edə bilməsidir. Ermənistan hakimiyyəti öz ölkəsinin vətəndaşlarına da bu biznesində vətəndaş kimi yox, sadəcə böyük bazarın bir parçası kimi baxdığından acınacaqlı statistika ildən-ilə deyil, aydan-aya artır. Nazirlər Komitəsi üzv ölkə Ermənistanda baş verən, Cənubi Qafqaz və bütövlükdə Avropa üçün təhlükələr vəd edən bu proseslərin qarşısını almaq üçün nə kimi tədbirlər görə bilər?"
Nazirlər Komitəsinin sədri bu cür mühüm məsələlərə mütəmadi olaraq baxıldığını və konkret olaraq indi qoyulan problemin də ayrıca araşdırılmasının vacib olduğunu demişdir. O bildirmişdir ki, indiki halda bu həssas məsələ ilə bağlı suala dolğun cavab verməyə hazır deyil və son dərəcə vacib olan bu problem Nazirlər Komitəsində müzakirə edilməlidir.
Rafael Hüseynov bildirmişdir ki, Nazirlər Komitəsi sədrinin cavabından istifadə edərək bu məsələnin irəliləməsinə nail olacaqdır. Azərbaycanlı deputat Ermənistanın narkotiklərin becərilməsi, tranziti, təcavüzkar dövlətin Azərbaycanın işğal altındakı ərazilərini bu prosesdə öz cinayətkar məqsədləri üçün istifadə etməsini Nazirlər Komitəsinə təqdim edəcəyi yeni bir yazılı sualda da əks etdirəcəkdir.

{nl}

Əsgər ƏLİYEV, AzərTAc-ın xüsusi müxbiri
Strasburq


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında