Avropa Birliyi "Şərq Tərəfdaşlığı" çərçivəsində layihələrin reallaşmasına əlavə 150 milyon avro vəsait ayırmışdır

Avropa Birliyi 2014-cü ilədək "Şərq Tərəfdaşlığı" proqramı çərçivəsində layihələrin reallaşmasına əlavə olaraq 150 milyon avro vəsait ayırmışdır.
APA-nın məlumatına görə, Polşanın xarici işlər naziri Radoslav Sikorski bildirib ki, 2014-cü ilədək proqram çərçivəsində layihələrin reallaşması üçün 2 milyard avro vəsait sərf olunacaq. Bu vəsaitin 1,2 milyardı proqramda iştirak edən ölkələrlə ikitərəfli əməkdaşlığa, 600 milyonu isə "Şərq Tərəfdaşlığı" proqramının üzvü olan altı ölkə arasında çoxtərəfli əməkdaşlığa sərf olunacaq.
Avropa Birliyi həmçinin 2014-2020-ci illər üçün nəzərdə tutulan büdcədə "Şərq Tərəfdaşlığı" proqramına ayrılacaq vəsaiti artırmağa da hazırdır. Xatırladaq ki, "Şərq Tərəfdaşlığı" proqramında Azərbaycan, Gürcüstan, Ermənistan, Ukrayna, Moldova və Belarus iştirak edir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında